Tez çəki itirmək bir çox hallarda təhlükəlidir, təbii ki, bu sizin pəhrizinizdən asılıdır. Sağlam qidalanma ilə də sürətli arıqlamaq mümkündür. Necə? Cavabı bu məqaləmizdə. 🙂
1. Özünüzə qidalanma və idman üçün xüsusi təqvim tutun
Dərs, iş və şəxsi həyatınıza uyğun saatlarda edəcəyiniz idmanı və yeyilməsi lazım olan qidaları planını hazırlayın. Hər həftənin əvvəlində günəbəgün hazırlaya biləcəyiniz bu bəsit metod daha idarəli şəkildə çəki atmağınızda faydalı olacaq.
Beləliklə, darıxdırıcı və məcburi planlarla deyil, öz hazırladığınız, sizə uyğun planla idman, yuxu və qidalanma siyahınız sayəsində daha asan və tez çəki itirəcəksiniz.
2. Yeyilməyən deyil, yeyilən qidalara fokuslanın
Çəki atmaq istəyirisinizsə, hətta bunu daha tez həyata keçirməyi arzulayırsınızsa, qidalanmaya xüsusi diqqət yetirməlisiniz. Bunun üçün nə yeməli olduğunuzu bilib, bu siyahıdan kənarda qalan qidaları həyatınızdan uzaqlaşdırın. Gün ərzində yeməklərin çeşidlərinə fərdi yanaşmalı, hər yeməkdə bir protein qaynağı, bir yağ qaynağı və karbohidratı az olan tərəvəzlər seçilməlidir.
3. Yeməkləri asta yeyin
Bəzən film izləyərək yeyirik və nədən nə qədər yediyimizin fərqində olmuruq. Ortaya təqdim olunan yeməklərdən hansından neçə qaşıq yediyimizi belə xatırlamırıq. Beləcə, kaloriləri hesablamadığımız müddətdə tez arıqlamaq mümkün olmaz.
Boşqabdakı yeməkləri yaxşı çeynəyərək, dadını hiss edərək yeyin. Bu formada qidalansanız beyninizə doyduğunuz barəsində siqnalları tanımaq üçün vaxt vermiş olursunuz. Bu həm çəki itirməyə kömək edir, həm də çox yeməyinizin qarşısını alır.
4. Çox su için
Araşdırmalara görə, çox su içən insanların az su içənlərə nəzərən daha tez arıqladığı məlumdur.
Meyvəli sular hazırlayaraq həm suyu daha rahat içəcək, həm də artıq kalorilərdən qurtulacaqsınız. Suyunuza limon, göyərti, nanə, dəmlənmiş yaşıl çay ya da darçın, zəncəfil qataraq öz aromalı sularınızı hazırlaya bilərsiniz. Bundan əlavə, gün ərzində meyvə, qatıq və yulaflı qidalar yeməyiniz tövsiyə olunur. Hər gün bir fincan yaşıl çayla südsüz və şəkərsiz qəhvəni də siyahınıza əlavə edin.
5. Hər gün idman edin
İdman yağları yandırmaqla yanaşı ideal və sağlam bədən quruluşuna sahib olmağınıza kömək edəcək. Qidaları azalda bilmirsinizsə, mütləq hər gün idman etməlisiniz. Sağlam həyat tərzi üçün bunu vərdiş halına çevirin.
6. Gecə yuxusuna diqqət edin
Bəzi araşdırmalar göstərir ki, yaxşı yatmayan insanlar yemək yeməyə və kökəlməyə daha çox meyilli olur. Bu səbəbdən 6-8 saat yuxu almağınız mütləqdir.
7. Stressinizi azaldan işlərlə məşğul olun
Stress adrenalin və kortizol kimi hormonların fəaliyyətini dəyişir. Davamlı stress zamanı kortizol qanda daha çox qaldıqda bu iştahı artırır və kökəlməyinizə səbəb olur.
Qısca desək, sağlam və tez çəki itirmək istəyirsinizsə əsəbdən uzaq olun.
Qaçış, yoqa, meditasiya və nəfəsalma məşqləri edərək stressinizi azalda, yox edə bilərsiniz. Heç birin etməsək belə, açıq havada sakit otura, dənizdə və təbiətdə ayaqyalın gəzə bilərik. 🙂