Bugün həmin o sabahdır və siz çəki atmaq qərarına gəlmisiniz? Mətbəxinizdə olan sadə 3 qida məhsulu sizə bu işdə kömək edər: qəhvə, zülallarla zəngin qidalar və yaşıl çay.
Qəhvə
Qəhvənin tərkibində olan kofein yağların parçalanmasına kömək edir. Bundan əlavə, aparılan araşdırmalar göstərmişdir ki, kofein metabolizmi 16% sürətləndirir. Kardio məşqlərlə birlikdə gün ərzində bir fincan qəhvə ilə vücudunuzu arzu etdiyiniz formaya sala bilərsiniz, ancaq unutmayın ki, kofein asılılıq yaradır. Odur ki, pəhrizinizə bəzən ara verməyi də unutmayın.
Zülallarla zəngin qidalar
Lipolizi artırmağın ən effektiv yolu rasiona zülalları daxil etməkdir. Beləliklə, siz həm də əzələ kütləsi yığa biləcəksiniz. 1999-cu ildə International Journal of Obesity jurnalının apardığı araşdırmada piylənmədən əziyyət çəkən 60 xəstə iştirak etmişdir. Nəticə yüksək miqdarda zülal qəbul edən iştirakçıların daha tez çəki atdığını göstərmişdir.
Yaşıl çay
Kalori dəyəri olduqca aşağı olan və çəki yandırmağa kömək edən qida məhsullarından biri də yaşıl çaydır. Yaşıl çay təzyiqi aşağı salmağa və xolesterin səviyyəsini aşağı salmağa da kömək edir.