Skip to main content

Bildirchin.az

Bloq | 3 dəq oxu
Stanford'un müvəffəqiyyətli MBA tələbələrinin tövsiyə etdiyi 8 kitab

Stanford'un müvəffəqiyyətli MBA tələbələrinin tövsiyə etdiyi 8 kitab

52 0 0

MBA (Master of Business Administration), təxmin etdiyiniz kimi çox xərc tələb edən təhsildir. Stanford kimi bir universitetdə MBA proqramı almaq isə həm xərcli, həm də çətin bir işdir. Bunun üçün çox qabiliyyətli olmağımız və təbii ki, Amerikada yaşamığımız lazımdır.

Pulunuz, vaxtınız və ya yaxşı bir təhsilinizin olmadığı üçün Stanford kimi keyfiyyətli bir universitetdə təhsil almaya bilərsiniz, amma bu o demək deyil ki, ordakı təhsildən məhrum qalmalısınız.

Bir neçə ürəyiaçıq Stanford məzunu öz aralarında birləşib ən yaxşı kitabları bizlərlə paylaşmışdır.

Xüsusilə yay mövsümündə oxumaq üçün çox gözəl kitablar olduğunu da vurğulamışlar. Bu yaxşı ürəkli məzunlar niyə bu kitabları seçdiyini açıqlamayıb, amma onlar seçibsə, böyük ehtimalki gözəl kitablardır deyə düşünüb sizinlə paylaşmaq istədik.

Business Model Generation: A Handbook for Visionaries, Game Changers, and Challengers

Yazar: Alexander Osterwalder və Yves Pigneur

Təklif edən: Alex Lofton, Landed Qurucusu

Good to Great: Why Some Companies Make the Leap ... and Others Do not

Yazar: Jim Collins

Təklif edən: Nick Karnaze, Stubble & 'Stach CEOi

Walden

Yazar: Henry David Thoreau

Təklif edən:David Cooper, Karakoram Group Qurucu Tərəfdaş və sədri

Thinking, Fast and Slow

Yazar: Daniel Kahneman

Təklif edən:David Cooper

Meditations

Yazar: Marcus Aurelius

Təklif edən: David Cooper

The Hard Thing About Hard Things: Building a Business When There are no Easy Answers

Yazar: Men Horowitz

Təklif edən:Andy Katz-Mayfield, Harry 's Qurucu Tərəfdaş və CEO

Into Thin Air

Yazar: Jon Krakauer

Təklif edən:Manoj Leelanivas, Cyphort Başçısı və CEO

This Is Your Brain on Music: The Science of a Human Obsession

Yazar: Daniel J. Levitin

Təklif edən:Marcelo Camberos, Ipsy Qurucusu və CEO

Bütün bu kitabların İngilis dilində olduğunun fərqindəyik, amma iş dünyası ilə əlaqədar bu qədər keyfiyyətli Azərbaycan dilində mənbə tapmaq qeyri-mümkündür.

İngilis dili bilənlər üçün bu kitablar olduqca faydalı olacaqdır. İngilis dili bilməyənlərə təklifimiz isə bu kitablar üçün olmasa belə, özləri üçün İngilis dilini öyrənmələridir.

Author: Tarlanqizi

Loading next article...

You've reached the end!

You've read articles in this session

Explore More