Skip to main content
Bloq 2 dəq oxu

Rəngarəng göyqurşağı

    Ağ işığın maraqlı özəlliyi var: o, yeddi rəngə ayrıla bilir. Bu rənglər elə bil ağ işığın içində gizləniblər: prizmadan keçəndə üzə çıxırlar. Müxtəlif bucaq altında çıxan şüaların hərəsi öz rəngini alır. Fizikada bu hadisəyə dispersiya (tərkib hissələrinə ayrılma) deyilir.

    Göyqurşağı – Günəş şüalarının su damcılarında dispersiyası, parçalanmasıdır. Yağış kəsir, gözəl göyqurşağı görünür. Bu o deməkdir ki, yuxarılarda hələ yağış kəsməyib. Parlaq Günəş şüaları isə sanki bir-biri ilə gizlənpaçoynayır: damcı- evciyin içinə girib oradan yeddi rəngdə çıxır.

    Bəzən göydə eyni zamanda bir neçə göyqurşağı görünür, ancaq biz Yer üzündə göyqurşağının yarısını görürük. Əslində, göyqurşağı yarımdairə deyil,  tam dairədir. Buludlardan yuxarı qalxsaq, təyyarədən onu tam şəkildə görə bilərik. Qədimlərdə (elə indi də) deyərdilər ki, göyqurşağını görmək yaxşı əlamətdir və bəzən insanlar göyqurşağını gördükdə hətta arzu tuturlar.  

Author: Azalia

152 baxış
Paylaş:

Bənzər Məqalələr

Sizə maraqlı ola biləcək digər məzmunlar

Növbəti məqalə yüklənir...

Sona çatdınız!

Bu sessiyada məqalə oxudunuz

Daha çox kəşf et