Skip to main content
Bloq | 1 dəq oxu
Rabitə və İnformasiya Texnologiyaları işçilərinin peşə günü

Rabitə və İnformasiya Texnologiyaları işçilərinin peşə günü

228 0 0

6 dekabr Azərbaycanda IT (İnformasiya Texnologiyaları) işçilərinin peşə bayramı kimi qeyd olunur. Peşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır. Belə ki, 1881-ci ilin bu günü Bakıda “Nobel qardaşları” cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilmişdir.

Günü-gündən müasirləşən, inkişaf edən dünyanın əsas hissəsini texnologiyalar təşkil edir. İnformasiya texnologiyası sahəsində çalışan insanların əməyi nəticəsində biz bu gün uzaq məsafələrdən ünsiyyət qura, informasiya ötürə bilirik.

Dünyanın hər yerində ən çox tələb olunan sahə məhz informasiya texnologiyalarıdır. Daim yenilənən sferada işçilərin özlərini texnologiyanın tələbinə uyğun olaraq inkişaf etdirməsi, biliklərini artırması əsas şərtdir. Dünya İnformasiya Cəmiyyəti Günü isə 17 may tarixində qeyd edilir.

"Bildirchin Group" adından hər bir IT işçisini təbrik edirik! :)

Author: Perishan

Bənzər Məqalələr

Sizə maraqlı ola biləcək digər məzmunlar

Növbəti məqalə yüklənir...

Sona çatdınız!

Bu sessiyada məqalə oxudunuz

Daha çox kəşf et