Skip to main content

Bildirchin.az

Bloq | 1 dəq oxu
"Qurani Kərim"ə aid ən qədim nüsxələr tapılıb

"Qurani Kərim"ə aid ən qədim nüsxələr tapılıb

59 0 0

Nəzarətsiz qalan nüsxələrin sıradan çıxmağa başladığı bildirilir.

Yəmənin paytaxtı Səna şəhərindəki “Camiul Kəbir” məscidinin zirzəmisindən müsəlmanların müqəddəs kitabı "Qurani Kərim"ə aid ən qədim əlyazmalar tapılıb. Nəzarətsiz qalan nüsxələrin sıradan çıxmağa başladığı bildirilir.

Qədim əlyazmaları incələmək üçün Sənaya gedən türkiyəli ilahhiyyat alimi professor Təyyar Altıkulaç restovrasiya vaxtı məbədin zirzəmisindən və çardağından sandıqlar dolusu Quran nüsxələri aşkarlandığını bildirib. Altıkulaç həmçinin bu nüsxələrin "Quran"ın peyğəmbərin dövründən heç bir təhrifata məruz qalmadan bu günə qədər gəldiyini sübut edən əhəmiyyətli vəsiqələr olduğunu deyib.

Məlumata görə, Yəməndəki “Camiul Kəbir” məscidi İslamın ilk illərində həzrəti Muhammədin (Ə.S.) şəxsən verdiyi göstəriş əsasında tikilib.

Author: Bildirchin Times

Loading next article...

You've reached the end!

You've read articles in this session

Explore More