Skip to main content

Bildirchin.az

Bloq | 3 dəq oxu
Qəribə fobiyalar

Qəribə fobiyalar

45 0 0

    Fobiya müəyyən vəziyyət, əşya, fəaliyyət və ya insanlara qarşı olan davamlı qorxudur. Bu problemin əsas əlaməti qorxduğu obyektdən məntiqi izahı olmayan səbəbdən mümkün qədər yayınmaq, uzaqlaşmaq istəyidir.    Koulrofobiya - Təlxəklərdən qorxma     Koulrofobiya təlxəklərdən anormal və şişirdilmiş şəkildə qorxudur. Bu uşaqlar arasında çox da rast gəlinmir, lakin bəzən yeniyetmə və həmçinin yetkin yaşlı insanlarda bu fobiya müşahidə olunur. Bu fobiyadan əziyyət çəkənlər bəzən mediyada təlxəyin qorxunc görüntüsünü gördükdən sonra onlarda bu fobiya yaranır. Təlxəklərin qəribə görünüşləri, qırmızı, şiş burunları və onların təbii olmayan saç rəngləri onları sirli göstərir. Koulrofobiyanın qurbanları qorxularının tamamilə məntiqsiz olduqlarını bilirlər, lakin onlar bu vəziyyətdən yaxa qurtara bilmirlər.   Neofobiya - Yeniliklərdən qorxma    Neofobiya yeni əşyalardan və təcrübələrdən qorxmadır.  Psixologiyada bu yeniliklərə qarşı olan davamlı və anormal olan qorxu kimi müəyyənləşdirilir. Yumşaq formada bu fobiya yeniliklərə meyl etməmək və ya adət etdiyin həyat tərzindən ayrılmaq istəyinin olmaması kimi özünü göstərir. Bu termin ümumiyyətlə, həmçinin yeniliklərə və dəyişiklərə qarşı qəzəb, məyusluq və ya narahatlıq hissinin olması mənasında işlədilir. Bəzi mühafizəkar və mürtəce qruplar adətləri qorumaq və ya cəmiyyəti adət etdiyi əvvəlki tərzə qaytarmaq cəhdlərinə görə adətən neofobiklər adlandırılırlar. Texnofobiya yeni texnologiyaya qarşı olan fobiya kimi neofobiyanın xüsusi növü hesab oluna bilər.    Panfobiya - Hər şeydən qorxma    Panfobiya xüsusi bir qorxunun olmaması kimi tanınan tibbi haldır; bu fobiyadan əziyyət çəkənlər qorxduğu hansısa bir xüsusi obyekt olmadan özlərini qorxu içində hissi edirlər, buna görə də bu bu fobiyadan qurtulmaq üçün bir vasitə yoxdur.Bu “naməlum şər qüvvəyə qarşı olan davamlı və aydın olmayan qorxu hissi” kimi müəyyənləşdirilir. Bu qorxu çox zaman şizofreniyanın ikinci halı hesab edilir.    Tafofobiya - Diri-diri basdırılma qorxusu     Diri halda basdırılma qorxusu səhv olaraq ölü hesab edilərək hələ sağ olduğun halda məzara yerləşdirilə bilmə qorxusudur. Bu qorxunun anormal, psixopatoloji versiyasına tafofobiya kimi istinad edilir. Müasir tibbi nailiyyətlər əldə edilməmişdən əvvəl bu qorxu tam olaraq məntiqsiz hesab oluna bilməzdi, çünki tarixdə çox insanlar yalnış olaraq diri basdırılmışdır.

Author: Azalia

Loading next article...

You've reached the end!

You've read articles in this session

Explore More