“Bildirchin.az” olaraq, biz sizə payız-qış mövsümünün ən dəbli 7 rəngini təqdim edirik. Bu parlaq, göz oxşayan çalarlardan istifadə etməklə qarderobunuza yeni geyimlər əlavə edə bilərsiniz.
Tünd göy-yaşıl

Tünd göy-yaşıl rəng və onun çalarları-zümrüddən firuzəyiyə qədər, payız-qış mövsümünün əsas rənglərindəndir. Zadəgan, bahalı, təmtəraqlı rənglər istənilən dəb pərəsti sevindirməyə bilmir. Bu rəngin dərinliyini vurğulamaq üçün ağır, axan rəngləri seçə bilərsiniz.
Mirvari çəhrayısı
Zərif çəhrayı rəng qadınlığı təcəssüm edir. Onu ağ, tünd qırmızı, qara və hətta tünd yaşılla kombinə edə bilərsiniz. Geyiminizə bu rəngləri qatmaqla öz zərifliyinizə zəriflik qatacaqsınız.
Aristokratik göy

Tünd qırmızı

Tünd qırmızının bu çalarını cürbəcür adlandırırlar: marsala, çaxır, burqundi. Qeyd etmək lazımdır ki, bu rəng universaldır. Bu rəngdən istifadə etməklə ofisdə, romantik şam yeməyində üstün görünəcəksiniz.
Narıncı

Şişirtmədən demək olar ki, narıncının bütün çalarları-portağaldan kəhrəbaya qədər, bu mövsümdə “mütləq olmalı” dediyimiz rənglərdir. Narıncını qara, ağ və krem rəngləriylə kombinə etsəniz dəfedilməz olacaqsınız.
Bənövşəyi

Bənövşəyi bu il dəb sənayesində tədricən ikinci planda gedir. Amma bu o demək deyil ki, bu rəngə məhəl qoymamaq olar. Bu rəngi əsasən tünd göylə kombinə edə bilərsiniz. Çanta, şərf, papaq kimi aksesuarlarınızı bu rəngə həvalə etməkdən çəkinməyin.
Zadəgan göyü

Zadəgan göyü və həmçinin elektrik və ultramarin çalarları bu mövsümdə dəbin pik nöqtəsindədirlər. Bu rənglərə məxsus parlaq, bərk, yapışan və bir az tikanlı geyimlər diqqət çəkirlər. Düyünlərdə, ziyafətlərdə, partilərdə geyinəcəyiniz geyimləri bu rəngdə seçməklə göz oxşaya bilərsiniz.
Author: Durnise