Skip to main content

Bildirchin.az

Bloq | 1 dəq oxu
"Qarabağ FK" tarix yazır

"Qarabağ FK" tarix yazır

60 0 0

Bu gün “Qarabağ” tarixi oyunda qalib gəldi. :)

Bu gündən etibrən UEFA Çempionlar Liqasının play-off mərhələsinə start verildi.

Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə yüksələn “Qarabağ” öz meydanında Danimarkanın “Kopenhagen” komandasını sınağa çəkdi. Qarabağ FK sayəsində Azərbaycanda ilk dəfə UEFA ÇL-nın himni səsləndi.

Daha bir tarixi uğura imza atıb ÇL-in qrupuna yüksəlməyi planlaşdıran Ağdam klubu Danimarka çempionunu 1:0 hesabı ilə məğlub edərək qələbə qazandı. "Qarabağ" komandasının futbolçusu Mahir Mədətov 25-ci dəqiqədə vurduğu qol oyunda yeganə qol oldu. Oyun zamanı "Qarabağ"ın üstünlüyü açıq-aşkar hiss olunurdu. Bütün komanda olaraq hücumda, müdafiədə komandamız möhtəşəm oyun sərgilədi.

Biz "Bildirchin Group" olaraq komandamızı təbrik edirik! Qalibiyyətin davamı gəlsin... :) 

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 23-də Kopenhagendə keçiriləcək.

Author: Perishan

Loading next article...

You've reached the end!

You've read articles in this session

Explore More