Skip to main content

Bildirchin.az

Bloq | 2 dəq oxu
Öpüşməyən xalqlar

Öpüşməyən xalqlar

66 0 0

10 yer: Banqladeşin şərqində yaşayan Çitaqonk tayfasında öpmək və ya öpüşmək barədə heç bir məlumat yoxdur. Onlar sevişəndə yalnız bir-birilərini qoxlayırlar.

9 yer:Yeni Zellandiyanın Kuka aborigenləri isə bir-birilərini sevərkən burunlarını bir-birinə sürtərək dərindən nəfəs alıb-verərək sevgilərini bildirilər.

8 yer: Santa-Mariya adasının Tuzem tayfasının insanlarıda həmçinin görüşərkən burunlarını sürtərək bir-birilərini qoxulayırlar.

7 yer: Papuaslar, tasmanlar və Fuqa adasının sakinləri salamlaşarkən burunlarını arasına xoş ətirli hər hansı bir şey (gül, çiçək, yarpaq, ot) yaxınlaşdırırlar.

6 yer:Hind okeanında yerləşən Sokotra adasında isə salamlaşarkən bir-birilərinin çiyinindən öpərək salamlaşırlar.

5 yer:Tonqa adasında öz dilləri ilə desək dostluq adasında salamlaşarkən bir-birilərinin əlini götürərək burun və ağızlarına sürtürlər. Bu onların aləmində çox böyük hörmət adətidir.

4 yer: Kral adalarında salamlaşmaq belə baş verir: Yaxınlaşırsız, bir-birinizi iki saniyəlik qucaqlayırsınız, burun-buruna dayanaraq bir-birinizi sığallayırsınız. Maraqlıdır elə deyilmi?

3 yer: Birmanlar salamlaşmağı nomtschi adlandırırlar. Mənası isə ətri qoxulamaq deməkdir.(nom – ətir, tschi – qoxulayıb içinə çəkmək).

2 yer: Çinlilərin bir çox hissəsi salamlaşarkən burunlarını bir-birinə sürtərək əlləri ilə qulaqlarını sığallayırlar.

1 yer:Yaponiyada ictimaiyyət qarşısında öpüşmək qadağandır. Ona görə heç bir Yapon filmində siz öpüşmək səhnəsi görə bilməzsiniz. Yapon öpüşü sadəcə belə olur: Ayağa qalxırsınız bir addım bir birindən uzaq məsafədən dodaqlarını qabardaraq yaxınlaşıb toxunmadan öpüşmək. Bax belə..

Author: Bildirchin Times

Loading next article...

You've reached the end!

You've read articles in this session

Explore More