Skip to main content

Bildirchin.az

Bloq | 4 dəq oxu
Lətifələr

Lətifələr

43 0 0
  1. Polis: Harda yaşayırsan ? Mamed: Ailəmlə. Polis: Ailən harda yaşayır ? Mamed: Mənimlə. Polis: Siz hamınız harda yaşayırsınız ? Mamed: Evdə. Polis: Eviniz hardadır, ay vətandaş ? Mamed: Qonşunun evinin yanında. Polis: Qonşunun evi hardadı ? Mamed: Desəm inanmazsanız. Polis: Denən. Mamed: Bizim evin yanında...

    2) Mamed əsgərlikdə olan zaman biraz tənbəl olur. Deməli günlərin bir günü postda bir ağacın altında yatır. Amma biraz keçmir ki, bunu görürlər. Komandir yanına çağırıb deyir: -Sənin peşən nədir ? Mamed : -Tikintidə ustayam. Komandir : -Hə demək belə. Yaxşı, bəs tikintidə yanında işləyən bir işçini iş vaxtı belə yatan vaxt tutsan, nə edərsən ? Mamed də fürsətdən istifadə edib deyir: -Dərhal, heç düşünmədən işinə son verib, evinə göndərərdim...

    3) Bir gün Mamed kənd avtobusa minir və çatacağı yerə çatanda düşür, amma pulu vermir. Sürücü də arxasıyca qışqıraraq: -Ay kişi, ay kişi, hara gedirsən ?! Pulumu verməmisən e. Mamed: -Borcum nə qədərdi ? Sürücü: -20 qəpik. Mamed çıxardıb 1 manat verir və üstü qalsın deyir. Sürücü təəccüblə deyir: -Dəli olmusan? 1 manat niyə verirsən ??? Mamed: -Əşşi bu kənddə mənə kişi deyən olmamışdı...

    4) Bir gün Mamed Tağıdan soruşur: -Sənə desələr ki, at ol, olarsan, yoxsa yox ? Tağı: Ala əlbəttəki yox. Mamed: Belə də bilirdim. Sən dünyaya eşşək gəlib, eşşək də gedəcəksən e...

    5) Mamed atı çapır gəlir qızın yanına.. Sizə ağ atlı Shahzadə lazım idi? Qiz: aha :) Mamed: budur mən gəlmişəm :)) Qiz: Atı gördüm bəs şahzadə hanı? :(

    6)  Günlərin bir günü Mamed özündən böyük qardaşını vurub öldürür. Hakim: Mamed qardaşını niyə öldürdün? Mamed: Əsəbləşmişdim! Hakim: Əsəbləşmişdin siqaret çəkərdin. Mamed: Nə? Dəlisən? Qardaşımın yanında nə siqaret?

    7)  Bir gün Mamedin dostu rəhmətə gedir. Mamed gedib dostunun anasından soruşur ki necə oldu, niyə öldü dostum? Ana: Pilləkəndən yıxılıb gicgahına mismar girib. Mamed: Ooohhhh şükür, yenə bəxti gətiribki gözünə girmiyib.

    8)  Mamed Amerikaya, dostunun evinə gedir, girir tualetə əlin yumağa, qapı bağlanır aça bilmir dostun cağırır ki, bəs qapı açılmır dosdu diyir krantı 2 dəfə aç bağla qapı açılacağ. Bu Mamedin çox xoşuna gəlir, vətənə qayıdandan sora öz evinədə düzəltdirir. 1 gün həmin dostu gəlir Bakıya Mamedin evinə qapını döyür. Qapını Mamedin arvadı açır, dostu soruşur ki, bəs Mamed hardadır? Arvad deyir ki, onun boyun qara yerə soxum, 3 gündür sular kəsilib qalıb tualetdə

    9) Mamedin qarnında qurd olur. Gəlir həkimin yanına deyir ki, bəs həkim belə-belə qarnımda qurd var. Necə çıxara bilərik onu? Həkim deyir ki, 39 gün hər səhər ac qarına su iç sonra da bir dənə bulku ye. 40-cı gün su iç amma bulkunu yemə. Mamed belə də edir. 40-cı gün suyu içir amma bulkunu yemir. İki dəqiqədən sonra qurd Mamedin ağzınnan çıxıb deyir: Mamed bəs bulki olmayacaq? :))

    10) Bir gün dəlixana sakini müdürə şikayət eleyir. — Mənim otaq yoldaşım başına vedrə keçirir, əllərini də toka taxıb deyir: "Lampoçka"yam yandım söndüm yandım söndüm. Məni yatmağa qoymur. Müdür də cavabında deyir: — Sən ona fikir vermə yat. Dəli deyir: — heç işıqda da yatmaq olar??

Author: Xeyale Gozelova

Loading next article...

You've reached the end!

You've read articles in this session

Explore More