Skip to main content

Bildirchin.az

Bloq | 2 dəq oxu
Körpələrin xüsusi bacarıqları

Körpələrin xüsusi bacarıqları

47 0 0

Bu kiçik insanlar əsl möcüzədir. Onlar bizim edə bilmədiyimiz bir çox şeyləri lap yaxşı edə bilər.

  • Körpələr ağlamır

Bəli, bəli. Onlar qışqırır, zarıyır ancaq əsla ağlamır. Diqqət edin, 1 damla göz yaşına belə şahid ola bilməzsiniz, çünki onlarda göz yaşlarına cavab verən borular hələki qapalıdır.

  • Onlar suyun altında qalmağı hədsiz sevir və üzməyi bacarır

Səbəbi isə sadədir - ana bətni. Bu refleks körpə dünyaya gəldikdən 6 ay sonra keçir.

  • Onlar eyni zamanda nəfəs almağı və udmağı bacarır

Yox, biz bunu bacarmırıq. Onların xirtdəyi daha yuxarıda olduğu üçün qida qəbul etdikləri zaman nəfəs yolu qapanmır.

  • Onlar səs-küydə rahat yata bilir

Körpə yatdığı zaman barmaq ucunda gəzməyə ehtiyac yoxdur. Onsuz da ilk aylarda səs-küy onu qıcıqlandırmır.

  • Onların ləhçəsi var

Misal üçün, rus və azəri körpələr fərqli qışqırır və səs çıxarır, çünki körpə ana bətnində ikən ananın səsini və nitqini eşidir. Beləliklə, ləhçə formalaşır.

Author: Pusta

Loading next article...

You've reached the end!

You've read articles in this session

Explore More