Skip to main content

Bildirchin.az

Bloq | 2 dəq oxu
Kabab yeyərkən Diqqətli olun !

Kabab yeyərkən Diqqətli olun !

51 0 0

İngiltərədə aparılan araşdırmalar nəticəsində məlum olub ki, manqalda tualetə nisbətən 2 dəfə çox bakteriya əmələ gəlir. 

Gigiyena mütəxəssisi Liza Akerley bildirib ki, açıq havada qurulan manqalın hər 1 metrində 1.7 milyon bakteriya əmələ gəlir. Bu isə tualetdəki bakteriyalarla müqayisədə 124 bakteriya çox deməkdir. 

Tədqiqatçılar hətta manqal təmiz olsa belə üstündəki bakteriyaların salmonella və listeriyaya çevrilərək hər hansı qidaya təmas etdikdə mədə bağırsaq problemlərinə səbəb olduğunu bildiriblər. 

Sözügedən bakteriyalar uşaq və yaşlılarda daha ciddi fəsadlar törədir. Manqalüstü bakteriyalar ərazinin təmiz olmaması, yemək artıqları və s. səbəblərdən yaranır.

Bakteriyalardan yaxa qurtarmaq üçün istifadə olunan manqal təmizlənməli, əllər tez-tez yuyulmalı və kabab çəkilən ərazinin təmiz olmasına diqqət edilməlidir

Qeyd edək ki, Azərbaycanda hələ bu cür statistik məlumat olmasa da İngiltərədə əhalinin sadəcə 36%-nin istifadə etdiyi manqalı təmizlədiyi məlum olub.

Author: Bildirchin Times

Loading next article...

You've reached the end!

You've read articles in this session

Explore More