Bildirchin.az üçün Hazırladı və Göndərdi:Leyla Həsənova
1. Qorxunuza qalib gəlməyi bacarın. Bir işə başlayarkən qorxmaq o işi görməyinizə mane olacağı üçün işə başlamadan öncə mütləq və mütləq qorxunuza qalib gəlməniz lazımdır. Qorxsanız onsuzda bacara bilməyəcəksiniz. Düşünün ki, çətin olan və bacara bilməyəcəyiniz heç nə yoxdur.2. Yavaş-yavaş başlayın, birdən-birə çətin qrammatika kitablarından və lüğətlərdən yapışmayın. Bu onsuzda başlayarkən içinizdə mövcud olan qorxu hissini alovlandıracaq. Onun yerinə “starter” yəni o bəyənmədiyiniz, “ vot iz yor neym” və “hov ar yu” ingiliscəsi ilə başlayın. İçinizdəki eqonu kənara atmağa çalışın. “Moskva birdən-birə qurulmayıb ki”.

4. Öyrəndiyiniz yeni sözləri hər gün cümlədə işlədin, bu sözlərlə bağlı hekayə yazın.Bu həmçinin yaradıcılıq qabiliyyətinizi artıracaq.

6. Çoxlu, ingiliscə filmlərə baxın, tərcüməli yox, dublaj yox sadəcə ingiliscə altyazılı filmlərə baxın.Eşitdiyinizi həm də görün. Bilmədiyiniz söz eşitdikdə not tutun, tez lüğətdə tərcüməsini axtarın. Bir cümlədə 3 sözü bilib, 3 sözü bilməsəniz belə o cümləni başa düşəcəksiniz.

8. Tanınmış bir dil mütəxəssisinin sözü var: “ Hər kəs ingiliscə öyrənmək istəyir amma hər kəs sadəcə yazır, oxuyur və dinləyir, heç kim danışmağa cəhd göstərmir”.Oxuduqlarınızı, yazdıqlarınızı və dinlədiklərinizi danışın, heç kimlə olmasa belə öz-özünüzə danışın. Bunun üçün hətta xüsusi danışıq klubları var ki, ora gedə bilərsiniz.

10. Davamlı olaraq imtahanlara gedin,bu hər nə qədər yorucu olsa da, məşqələ üçün və imtahan texnikasını bilməniz üçün ən önəmli faktorlardan biridir.

12. İngilis dilində səviyyə kitabları oxuyun, bunları əldə etmək çətin deyil.Tapa bilməsəniz şərh bölməsinə qeyd edin mən sizin üçün kitab verim. Əgər boş vaxtınız varsa romanlar oxuyun. Oxumaq öyrənməyin ən yaxşı üsuludur. Bu cümlə qurma bacarığınızı inkişaf etdirəcək.

14. İngilis dilini öyrənmək üçün sadəcə yuxarıdakı sınaqdan keçmiş və işə yaramış üsul yazdım, amma bu üsullar sizin üçün kifayət deyil dediyim kimi, özünüz üçün yeni öyrənmə üsulları kəşf edin. Unutmayın ki, dil öyrənmək dünyanın ən asan, ən maraqlı və ən yararlı məşğuliyyətidir.
Son olaraq yenə də tövsiyəm odur ki, əsla və əsla bacara bilməməkdən qorxmayın.
Author: Tarlanqizi