Skip to main content
Bloq | 2 dəq oxu
İmelda Marcos - ayaqqabı asılılığı sindromu

İmelda Marcos - ayaqqabı asılılığı sindromu

150 0 0

Bir növ ayaqqabı asılılığı sindromu olan İmelda Marcos Sindromu, adını Filippinin köhnə diktatoru Ferdinand Marcosun həyat yoldaşı İmelda Marcosdan alır. Ferdinand Marcosun başçılığı zamanında xalq çox ağır yoxsulluq dövrü keçirərkən Marcos cütlükləri də lüks həyatlarından heç əl çəkmirlər. İmelda Marcos, Avropa və Amerikada 5 milyon dollarlıq alış-veriş səyahətlərinə çıxar. Bu vəziyyətə dözə bilməyən xalq da üsyan edir və Marcos hakimiyyəti və lüks həyat sona çatır.

Hökumət dağılıb, Marcosun malikanəsinə basqın edildikdə Filippin televiziyası qarşılaşdıqları ayaqqabıları, bütün dünya xəbər agentliklərinə flaş xəbər olaraq keçir.

Filippin, Marikinada açılan ayaqqabı muzeyində, Marcosun 2700 cüt ayyaqqabısı sərgilənir. Buna bağlı olaraq da Marikina, Filippinin ayaqqabı paytaxtı olaraq bilinir.

Hökumətin devrilməsindən sonra illərlə Havay adalarında sürgündə yaşayan İmelda Marcos, sürgündən ölkəsinə dönür. Həddindən artıq lüks yaşanan bir həyatdan geriyə qalan isə ayaqqabılarının bir muzeydə toplanıb, sərgilənməsi olur.

Author: Owl

Bənzər Məqalələr

Sizə maraqlı ola biləcək digər məzmunlar

Növbəti məqalə yüklənir...

Sona çatdınız!

Bu sessiyada məqalə oxudunuz

Daha çox kəşf et