Skip to main content

Bildirchin.az

Bloq | 2 dəq oxu
Harvard tələbələrinin motivasiya qaydaları

Harvard tələbələrinin motivasiya qaydaları

56 0 0

    ABŞ-ın 8 prezidenti, 49 Nobel mükafatı laureatı, Devid Rokfeller, Bill Qeyts, Mark Tsukerberq və s. uğurlu Harvard tələbələrinin siyahısını artırmaq olar. Əlbəttə, uğur hər kəsin payına düşmür, lakin hər kəsə məlumdur ki, tənbəllər özü ozlərini uğursuzluğa düçar edirlər. Uğursuzluğa düçar olmamaq üçün Harvard tələbələrinin motivasiya qaydalarını təqdim edirik:

    1. Əgər sən indi yuxulasan, əlbəttə öz arzunu yuxunda görəcəksən. Yox, əgər vaxtını təhsilə ayırsan arzunu yuxuda yox, həyatda görəcəksən.

    2. Düşünürsən ki, artıq hər şey gecdir? Yanılırsan, hələ başlanğıcdır.

    3. Təhsilin əziyyəti müvəqqəti, savadsızlığın əziyyəti ömürlükdür.

    4. Təhsil zaman deyil, təhsil cəhd və səylərdir.

    5. Həyat yalnız təhsildən ibarət deyil, lakin sən həyatın bu hissəsindən keçə bilməsən, daha nəyə qadir ola bilərsən?

    6. Gərginlik və cəhdlər zövqverici ola bilər.

    7. Hər şeyi hamıdan əvvəl edənlər, cəhdlərini əsirgəməyənlər həqiqətən uğurun dadından zövq ala bilən insanlardır.

    8. Bütün işləri vaxtında çatdırmaq hər kəsə məxsus xüsusiyyət deyil, lakin uğur özünü təkmilləşdirmə və qərar qəbul etmə ilə birlikdə gəlir.

    9. Gələcəyə yatırım edən insanlar - realist insanlardır.

   10. Sənin əmək haqqın sənin təhsil səviyyənlə proporsionaldır.

   11. Bu gün heç vaxt təkrar olunmayacaq.

   12. Hal-hazırda sənin düşmənlərin kitab oxuyaraq özünü təkmilləşdirir.

   13. Tər tökmədən heçnə qazanmayacaqsan.

Author: Azalia

Loading next article...

You've reached the end!

You've read articles in this session

Explore More