"Google"da daha effektiv axtarış üçün bir çoxlarının bilmədiyi hiylələr
Bildirchin Posts
Dec 15, 2025
Zəmanə gözəldir deyilmi? Axtardığınız hər hansı məlumatı tapmaq üçün bir neçə düyməni basmaq kifayət edir. Google axtarış sistemində axtarışlarınızı daha da effektiv etmək üçün 6 hiyləni sizinlə paylaşırıq:
- Bildirchin.az-da maraqlı bir məqalə oxumuşdunuz, indi isə onu dostlarınızla paylaşmaq istəyirsiniz? Məqaləni anında tapmaq üçün ilk öncə saytın adını daxil edin, daha sonra isə mətnin adını.

- Yaddaşınız pis yoldaşdır? Sevdiyiniz mahnının sözlərini xatırlamaq üçün «*» simvolundan istifadə edin.

- Yox əgər yadınızdan bir deyil, bir neçə söz çıxıbsa, birinci və sonuncu sözü yazın, onların arasında isə AROUND (unutduğunuz sözlərin təxmini sayı) yazın. Misal üçün: «Bir inci AROUND(6) o da».

- Əgər sizə müəyyən zaman ərzində baş verən hadisələr maraqlıdırsa, söz birləşməsindən sonra tarixləri yazın və onların arasında 3 nöqtə qoyun.

- Əgər siz bir geyim markasını çox bəyəndiniz və eyni tərzə malik daha bir neçə markanın saytına daxil olmaq istəyirsinizsə, saytın adını daxil etməzdən öncə «related:» şifrəsini daxil edin.

- Lazımsız terminləri axtarışdan xaric emtək üçün sözün qarşısında minus qoymağınız kifayətdir. Məsələn, siz kitab saytlarına daxil olursunuz, ancaq kitab qoxusunu sevdiyiniz üçün kitabları elektron formada yükləmək fikrində deyilsiniz.

Author: Pusta