İş verəninizin eyni zamanda müştəriniz olduğu bir karyera düşünün. İşinizi müştərinizdən aldığınız, amma eyni zamanda öz işinizin müdiri olduğunuz bir iş həyatı... Freelancer (sərbəst çalışan) olaraq işləyin, bu sayədə işinizin böyük hissəsini evdə edin və iş saatlarınızı özünüz seçin. :)
1) Qabiliyyətlərinizi inkişaf etdirin.

Jurnalistika.Qəzetlər və hətta Internet qəzetləri hər zaman xüsusi hekayələr, flaş xəbərlər və gələcək nəşrlərini dolduracaq məlumatlar axtarırlar. Əgər yaxşı bir izləyicisinizsə, diqqətli bir gözünüz varsa, ən əhəmiyyətlisi, doğru zamanda doğru yerdə olmaq kimi bir qabiliyyətiniz varsa, qəzetlərə çıxacaq bir sonrakı məqalə sizin xəbəriniz ola bilər. Xəbər qaynaqları arasındakı rəqabət heç bir zaman çox yüksək səviyyədə deyil, belə ki jurnalistika, freelance olaraq edilə biləcək ən uyğun peşələrdən biridir.
Yazıçılıq.Bu peşə, freelance olaraq edilə biləcək ən açıq uclu, ən rahat və ən yaradıcı sahələrdən biridir. Jurnallar tez-tez freelance çalışanlar tərəfindən yazılmış məqalələri istifadə edirlər. Bunu edərkən nəzərə alınan meyarlar, məqalənin yazıldığı sahə, uzunluğu və keyfiyyətidir. Bunu unutmayın, yazdığınız məqalə nə qədər keyfiyyətlidirsə, o qədər yaxşı ödəmə alarsınız.
Web Design.İnternetin ehtiyac olaraq qəbul edildiyi zamandan bəri davamlı inkişaf edən bir sahədir. Bir çox kiçik müəssisə və təşkilat web səhifələrinin yaradılması və ya yenilənməsi/yeniləməsi üçün ofislərinə yeni işçi götürməzlər. Web səhifələrini davamlı olaraq yeniləyən bilgi qaynaqları paylaşmaq şərti ilə müvafiq təşkilatla müqavilə bağlaya bilərsiniz.
Məlumat Toplama.Bu, çox geniş və çox istiqamətli bir fəaliyyətdir. Lakin adətən şirkətlərin, müştərilərin ehtiyaclarını və prioritetlərini anlamaq üçün məlumat toplanması və ya mövcud olan müştəri portfeli üçün yeni məhsullar və ya satış sahələri yaratmaq üçün istifadə edilir.
Məsləhət. Bir çox müəssisələr və ya şəxslər personal, layihə rəhbərliyi, mülkiyyət nəzarəti, məhsuldarlıq, dekorasiya, alış-veriş, hətta stil və moda ilə əlaqədar mövzuları araşdırması üçün məsləhətçi köməyinə ehtiyac duyurlar.
Fotoqraflıq.Məhz sizin üçün həyəcan verici fürsətlər təqdim edə biləcək yeni freelance iş fürsəti təqdim edirik!... Etdiyiniz işin keyfiyyətinə inandıra bilsəniz, asanlıqla xəbər xidmətlərində özünüzə uyğun bir iş imkanı tapa bilərsiniz. Eyni zamanda daşınmaz əmlak agentlikləri, reklamçılar və ya bənzəri mətbuat quruluşları arasında axtarılan bir ad ola bilərsiniz.
2) Avadanlıqlarınızı təyin edin və dərhal əldə edin.

3) Әksikliklərinizi aradan qaldıracaq, ehtiyaclarınızı qarşılayacaq təhsillər alın.

4) Freelance olaraq işə başladığınızı ətrafınıza bildirin.

5) Zamanınızı planlaşdırın.

6) Etdiyiniz hər layihəni əlinizdən gəldiyi qədər ən yaxşı şəkildə hazırlayın.

Author: Tarlanqizi