Skip to main content

Bildirchin.az

Bloq | 1 dəq oxu
Facebook iPhone istifadəçilərinə 3D şəkil paylaşmaq imkanını təqdim etdi

Facebook iPhone istifadəçilərinə 3D şəkil paylaşmaq imkanını təqdim etdi

54 0 0

Facebook iPhone 7 Plus, 8 Plus, X və ya XS ilə çəkilmiş şəkillərin əsasında 3D şəkillər yaratmaq imkanını təqdim etdi.

Niyə məhz bu cihazlar? Çünki sözü gedən cihazların Portret rejimi çəkilmiş şəkilin dərinliyini haqqında verilənləri yaddaşda saxlayır. Bu isə 3D şəkillərin hazırlanması üçün zəruridir.

Facebook, uğurlu 3D şəkil çəkmək üçün fotoqrafın obyektdən 90–100 sm kənarda dayanması, şəffaf deyil, rəngarəng fonlara üstünlük verməsini tövsiyyə edir. Bundan əlavə arxa və ön planın dəqiq düşməsi də arzuolunandır.

https://www.facebook.com/Facebook360/videos/1967317100049786/

3D şəkil paylaşmaq üçün mətni yazdıqdan daha sonra «3D-foto» düyməsinə basmaq gərəkdir. Bu düymə iPhone istifadəçilərini «Portretlər» qovluğuna aparacaq. Daha sonra seçilən fotoya baxmaq və paylaşmaq imkanı veriləcək.

https://www.facebook.com/Facebook360/videos/1757729227689232/

iPhone istifadəçisi olduğunuz halda, bu funksiyaya əliniz çatmırsa, məyus olmayın. Yaxın həftələrdə bu funksiya bütün istifadəçilərin xidmətində olacaq.

Author: Pusta

Loading next article...

You've reached the end!

You've read articles in this session

Explore More