Skip to main content

Bildirchin.az

Bloq | 3 dəq oxu
Eyni məkanda keçən 11 film məsləhəti

Eyni məkanda keçən 11 film məsləhəti

63 0 0

Bəzi filmlər həyatımızda getmədiyimiz və hətta görmədiyimiz dünyalara aparır bizi. Bəziləri isə bizi bir otağa həbs edir və hara getdiyimizə çaşıb qalırıq. İndi isə sizin üçün tək məkanda keçən, amma bir o qədər də axıcı olan filmləri seçdik.

Rope (1948)Rope Rejissor: Alfred Hitchock Hitchcock, bu filmi hərəkətli kamera ilə heç kəsmədən çəkmişdir.

12 Angry Men (1957)12 Angry Men Rejissor: Sidney Lumet Bir məhkəmənin 12 jurisi, bir məhkum haqqında alacağı qərardan bəhs edir. Filmin eyni adlı 2007-ci ildə çəkilən rus versiyası da var.

Burried (2010)Burried Rejissor: Rodrigo Cortés Burada məkanımız tabutdur. Film, ABŞ-dan olan bir sürücünün İraq savaşında əsir alınmasından bəhs edir.

Cube (1997)cube Rejissor: Incenzo Narali Biz hələ də rəngli kubik rubikləri qurmağı bacara bilmirik. Amma buradakı insanlar içində qapalı qaldıqları kub otaqdan çıxmağa çalışırlar.

Saw 1 (2004)saw 1 Rejissor: James Wan Saw filmini bilməyən yoxdur, yəqin ki. Seriyanın ilk bölümü tək bir məkanda keçir.

La Habitacion de Fermat (1997)La Habitacion de Fermat Rejissor: Luis Pedrahita, Rodrigo Sopena İspanlar deyəsən tək otaqda film çəkməyi xoşlayır. Bu dəfə də riyaziyyatçı professor onu qıcıqlandıran insanları qapalı bir otağa həbs edir. Bu otağın divarları isə getdikcə daralır, çıxa bilsələr nə əla!

Breakfast Club (1985)Breakfast Club Rejissor: John Hughes Film kitabxanada keçir. Bu qədər məlumat bəsdir :))

The Man From The Earth (2007)the-man-from-earth-tek-mekanRejissor: Richard Schenkman Bir insan, otaqdakı elm insanlarını 14 min ildir yaşadığına inandırmağa çalışır.

Panic Room (2002)panik-odasi Rejissor: David Fincher Şəkər xəstəliyi olan bir qız və anası evlərindəki sığınacaqdan istifadə etməyə çalışır və...

Dogville (2002)Dogville Rejissor: Lars von Trier Nicole Kidman baş roldadır. Filmin dekorasiyası isə xəyali qapılar, divarlar və pəncərələrdən ibarətdir. Rejissor möhtəşəm iş çıxarıb. İlk başlarda sıxılsanız da, baxmağa davam edin. İzlədiyinizə dəyəcək.

The Shining (1980)The Shining Rejissor: Stanley Kubrick Filmin çəkilməsi 19 milyon dollara başa gəlib. Kubrick bir çox səhnəni dəfələrlə çəkərək, aktyorları dəli etmişdir. Psixolji triller növünün ən yaxşı filmlərindəndir.

Film Replikaları

Author: Lala Aliyeva

Loading next article...

You've reached the end!

You've read articles in this session

Explore More