Skip to main content

Bildirchin.az

Bloq | 3 dəq oxu
Ən qəribə ölümlər

Ən qəribə ölümlər

53 0 0

Ölüm şübhəsiz ki, hər canlının başına gələcək bir şeydir, amma aşağıdakı bu ölümlər biraz qəribə və fərqlidir..

  1. Pəncərə - 1993-cü ildə ofis pəncərəsinin qırılmazlığını yoxlamaq üçün şüşəyə yüklənən Garry Goy, etdiyi testdə müvəffəqiyyətsiz olaraq 10-cu mərtəbədən aşağı düşərək həyatını itirmişdir.

  2. İnək - 2013-ci ildə Joao Maria de Souza yatdığı əsnada üstünə inək düşərək həyatını itirmişdir.

  3. Mərmi- HMS Triniad döyüş gəmisində əsgər, mərmini düşmən yerinə özünə hədəf alaraq faciəvi şəkildə can vermişdir.

  4. Robot- 1979-ci ildə "Robotların ilk cinayəti" deyə xəbərlərə mövzu olan hadisədə təxminən 1 tonluq zavod robotu qolunun Robert Williamsın üstünə düşməsiylə həyatını itirmişdir.

  5. Zibil Ev - Çox təəccübləcəyiniz ölümlərdən biridə 1947-ci ildə gerçəkləşmişdir. Homer Collyer heç bir zibili atmaması nəticəsində çıxış qapısını tapa bilməyib ac qalaraq ölmüşdür.

  6. Tarakan - 2012-ci ildə təşkil edilən tarakan yemə yarışmasında özünü saxlaya bilməyib tarakanı daha çox yeyən Edward Archbold zəhərlənərək həyatını itirmişdir.

  7. Saqqal - Saqqallarını yerə qədər dəydirməyi bacaran Hans Steininger saqqalına ilişib yıxılmış və bu yıxılma nəticəsində 1567-ci ildə vəfat etmişdir.

  8. Məzar Daşı - Atasını qəbiristanlıqda ziyarət etməyə gedən MARCUS GARVEY öz adını məzar daşında görüb infarkt keçirərək 1940-ci ildə vəfat etmişdir.

  9. Tabut - 2011-ci ildə öldüyü düşünülən Fagilyu Mukhametzyanov cənazə mərasimində tabutda oyandıqdan sonra infarkt keçirərək həyatını itirmişdir.

10. İcadından ölmək - Jimi Hesel İngiltərənin West Yorkshire şəhərində öz icad etdiyi Segway'la səfər edərkən çaya düşmüşdü. Düşmə nəticəsində hadisə yerində həyatını itirmişdir.

11. Eyfel qülləsi- 1911-ci ildə paltarını paraşüt kimi istifadə etmək istəyən Franz Reichelt istədiyi kimi edə bilmədiyi üçün yerə çaxılaraq həyatını itirmişdir.

12. Yemək- 1751-ci ildə təşkil edilən bir yemək ziyafətində Julian Offray de La Mettrie çox yeməsi nəticəsində həyatını itirmişdir.

13. Protez Ayaq- Öz taxta protez ayağıyla döyülən Arthur Aston 1649-ci ildə ölmüşdür.

14. Şorba- Ilda Vitor Maciel'in ölüm hekayəsi digərlərindən bir az fərqlidir. Ilda şorbanı içmək yerinə iynə vasitəsilə bədəninə vurmağı yoxlayarkən həyatını itirmişdir.

Author: Tarlanqizi

Loading next article...

You've reached the end!

You've read articles in this session

Explore More