Skip to main content

Bildirchin.az

Bloq | 3 dəq oxu
Ən maraqlı instagram hesablarını seçdik

Ən maraqlı instagram hesablarını seçdik

54 0 0

Son illərin ən məşhur sosial şəbəkəsi olan instagramdan maraqlı hesab etdiyimiz hesabları sizlərlə paylaşmaq qərarına gəldik. :)

Tanış olun, bu Naladır. O, Ginnesin Rekordlar Kitabına düşən ən məşhur sosial media pişiyidir. 9.3 milyon izləyicisi olan Nala 8 yaşındadır. Onun şəkil və videoları insana pozitiv enerji verir, üzdə təbəssümün yaranmasına səbəb olur. :)

https://www.instagram.com/p/BtYzOHFBYG5/?utm_source=ig_web_copy_link

 

"Follow me to" proyektinin yaradıcısı rusiyalı fotoqraf Murad Osmanın profilində valehedici mənzərələr göz oxşayır. Həyat yoldaşı bloqçu Natali Osmanla dünya ölkələrini səyahət edərkən çəkdiyi fotolarla daha da məşhurlaşan fotoqrafın hal-hazırda instagram-da 4.2 milyon izləyicisi var.

https://www.instagram.com/p/BoXAzaZH7CV/?utm_source=ig_web_copy_link

 

Komiks rəssamı Jude Devir da siyahımızda yer alıb. O, həyat yoldaşı Maya Devirla yaşadığı macəraları bir az fərqli şəkildə, məzəli komiks çəkərək izləyicilərinə çatdırır. Onlar da instagramın məşhur və qeyri-standart cütlüklərindəndir.

https://www.instagram.com/p/Bjcge0qhjpG/?utm_source=ig_web_copy_link

 

Kamila Koelyonun instagram hesabı moda (dəb) məzmunlu bloqlar arasında ən yaxşılardandır. Xanımların izləməsi tövsiyə olunur. :)

https://www.instagram.com/p/BulsLKmHfE0/?utm_source=ig_web_copy_link

Buyurun, instagramın ən şirin profillərindən biri, bəlkə də birincisi. Poki adlı kirpi dünyanı gəzir, şəkillər çəkdirir və onları izləyiciləri ilə paylaşır. Kirpi bizdən daha çox gəzir desək yanılmarıq.

https://www.instagram.com/p/Bsiwc4Kgw9m/?utm_source=ig_web_copy_link

"Love Story" çəkənlər və çəkdirmək istəyənlər üçün maraqlı olacaq hesab da qeyd etməyi unutmamışıq təbii ki. Macərapərəst cütlüklərin şəkillərini buradan izləyə bilərsiniz. 

https://www.instagram.com/p/BuWpxAhnhRK/?utm_source=ig_web_copy_link

 

Daha bir romantika və sevgi dolu hesab. Bu profildə dünya üzrə ən maraqlı evlilik təkliflərinin foto və videoları yer almışdır. 

https://www.instagram.com/p/Bu7H9QQh1Kf/?utm_source=ig_web_copy_link

Manpiluyasiyalarında müharibə və sülhü birləşdirən türkiyəli dizayner Uğur Gallenin instagram hesabı da məzmunu ilə fərqli və maraqlıdır. 

https://www.instagram.com/p/BuG1i70ASQw/?utm_source=ig_web_copy_link

Instagram-da bizi də izləməyinizi gözləyirik. :)

View this post on Instagram

A post shared by Bildirchin Posts (@bildirchinposts) on Mar 14, 2019 at 11:26pm PDT

Author: Perishan

Loading next article...

You've reached the end!

You've read articles in this session

Explore More