Skip to main content

Bildirchin.az

Bloq | 3 dəq oxu
Dünyanın ən zəngin 10 insanı kimdir?

Dünyanın ən zəngin 10 insanı kimdir?

74 0 0

Hurun” reytinq agentliyinin son araşdırmalarına görə, dünyada milyarderlərin ümumi sayı 346 nəfər artaraq, 2816 nəfərə çatıb. Onların ümumi sərvəti 11,2 trilyon dollar dəyərində qiymətləndirilib.

Qeyd edildiyi kimi, dünya milyarderlərinin sərvəti 66% artıb.

  • Stiv Balmer Sərvəti: 67 milyard dollar. Stiv Balmer 2000-2014-cü illər arasında “Microsoft” şirkətinin baş direktoru vəzifəsini icra edib. Maraqlı fakt: Balmer ilk insandır ki, sərvətini öz işəgötürənindən aldığı opsionlar sayəsində qazanıb.
  • Mukeş Ambani Sərvəti: 67 milyard dollar. Mukeş Ambani Hindistan əsilli sahibkar olmaqla yanaşı, öz ölkəsinin ən zəngin adamı sayılır. Hindistanın özəl sektorunda fəaliyyət göstərən “Reliance Industries” şirkətinin əsas sahibidir.
  • Larri Peyc Sərvəti: 67 milyard dollar. Larri Peyc “Google” sisteminin təsisçilərindən biridir, bir neçə il dalbadal dünyanın ən zəngin insanları siyahısına daxildir.
  • Sergey Brin Sərvəti: 68 milyard dollar. Sergey Brin hesablama texnikası, informasiya texnologiyaları və iqtisadiyyat sahəsində fəaliyyət göstərən sahibkardır. O, həmçinin “Google” axtarış sisteminin təsisçilərindən biri olmuşdur.
  • Karlos Slim Sərvəti: 72 milyard dollar. Karlos Slimin əsas gəlir mənbəyi kommunikasiya sənayesidir, sahibkarın əsas aktivi “Grupo Carso” şirkətidir.
  • Amansio Orteqa Sərvəti: 81 milyard dollar. Amansio Orteqa – İspaniya əsilli milyarder, özündə dünyanın 88 ölkəsində fəaliyyət göstərən 6750 mağazanı birləşdirən “Inditex” şirkətinin keçmiş prezidentidir.
  • Mark Çukerberg Sərvəti: 84 milyard dollar. Mark Çukerberg “Facebook” sosial şəbəkəsinin yaradıcılarından biridir, hal hazırda “Facebook Inc” şirkətinə rəhbərlik edir.
  • Uorren Baffet Sərvəti: 102 milyard dollar. Uorren Baffet dünyanın ən tanınmış investorlardan biridir, dünyanın ən zəngin adamları siyahısında ilk beşliyə daxildir. Xeyriyyə ilə məşğul olur.
  • Bill Qeyts Sərvəti: 106 milyard dollar. Bill Qeyts “Microsoft” şirkətinin yaradıcılarından və keçmiş ən böyük səhmdarlarından biridir. İctimai fəaliyyət və xeyriyyə ilə məşğuldur.
  • Bernar Arno Sərvəti: 107 milyard dollar. “Louis Vuitton Moët Hennessy” şirkətlər qrupunun prezidentidir.
  • Ceff Bezos Sərvəti: 140 milyard dollar. “Amazon.com” un təsisçisi və rəhbəri olmaqla yanaşı, Ceff Bezos “Blue Origin” aviaşirkətinin sahibidir.

Mənbə: 1 ,   

Author: Lala Aliyeva

Loading next article...

You've reached the end!

You've read articles in this session

Explore More