Skip to main content

Bildirchin.az

Bloq | 2 dəq oxu
Dünyanın ən dindar və ən az dindar olan ölkələri

Dünyanın ən dindar və ən az dindar olan ölkələri

63 0 0

“WIN/Gallup” tərəfindən aparılan araşdırmada iştirakçılara “özünüzü inancı hiss edirsiniz?” deyə soruşublar. Verilən cavablar əsasında hansı ölkənin vətəndaşlarının daha inanclı hiss etdikləri ilə bağlı inanc xəritəsi hazırlanıb.

2008, 2009 və 2015-ci ildə aparılan araşdırmalar nəticəsində ölkələrin inanc sırası müəyyənləşib. Siyahıda yer alan ilk beş ölkənin demək olar ki, 99%-i özlərini inanclı hiss etdiklərini bildirmişdir.

Dünyanın ən dindar 20 ölkəsi:
1. Efiopiya - 99%
2. Malavi - 99%
3. Nigeriya - 99%
4. Şri Lanka - 99%
5. Yəmən - 99%
6. Burundi - 98%
7. Cibuti - 98%
8. Mavritaniya - 98%
9. Somali-% 98
10. Əfqanıstan - 97%
11. Komor - 97%
12. Misir - 97%
13. Qvineya - 97%
14. Laos - 97%
15. Myanma - 97%
16. Kamboca - 96%
17. Kamerun - 96%
18. İordaniya - 96%
19. Seneqal - 96%
20. Çad - 95%

Önə çıxan nəticələr isə belədir:
- Afrika və Orta Şərq ən inanclı bölgələrdir. Asiya və Latın Amerikasında da inanc nisbəti olduqca yüksəkdir.
- Cənubi Avropa ölkələrində Avropanın digər hissələrinə nəzərən inanclı insanların daha çox olduğu müəyyənləşmişdir. İtaliyanların 74%-i, yunanların isə 71%-i özlərini inanclı hiss etdiklərini bildiriblər.
- Poloniya Avropanın ən dindar ölkəsidir. Sorğuya qatılan iştirakçıların 86%-i özlərini dindar hiss etdiklərini bildiriblər.
- Amerikalıların 56%-i, ingilislərin isə 30%-i özlərini inanclı hiss edir.
- Ən az dindar olan ölkələr isə Yaponiya, Estoniya, İsveç, Norveç və Çex Respublikasıdır. Amma 7%-lik nisbətdə Çin birinci yerdədir.
- Ölkəmiz və qonşu ölkələrdə isə vəziyyət belədir: Azərbaycan 34%, Gürcüstan 84%, Ermənistan 93%, İran 93%, Türkiyə 79%.

Dünyanın ən az dindar olan ölkələri siyahısı:
1. Çin - 7% özünü dindar hiss edir
2. Yaponiya - 13%
3. Estoniya - 16%
4. İsveç - 19%
5. Norveç - 21%
6. Çexiya - 23%
7. Hong Kong - 26%
8. Hollandiya - 26%
9. İsrail - 30%
10. Birləşmiş Krallıq - 30%
11. Yeni Zelandiya - 33%
12. Avstraliya - 34%
13. Azərbaycan - 34%
14. Belarusiya - 34%
15. Kuba - 34%
16. Almaniya - 34%
17. Vyetnam - 34%
18. İspaniya - 37%
19. İsveçrə - 38%
20. Albaniya - 39% (39% digər ölkələr: Avstriya, Macarıstan və Lüksemburq.)

Author: Lala Aliyeva

Loading next article...

You've reached the end!

You've read articles in this session

Explore More