Skip to main content
Bloq | 1 dəq oxu
Bananın ayaq dərisinə təsiri

Bananın ayaq dərisinə təsiri

128 0 0

Banan həm yemək üçün, həm də dəriyə qulluq üçün mükəmməl meyvədir. Bu dəfə sizə bananın ayaqlarımıza olan faydası haqqında məlumat verəcəyik.

Banan qabığı amin turşuları və dərini nəmləndirən A, B, C E kimi qidalandırıcı vitaminlərlə zəngindir. Bu səbəblə də, istifadə etdiyiniz bananın qabağını zibil qutusuna atmayın, onu gözəlliyiniz üçün istifadə edə bilərsiniz.

Belə ki, banan qabığının içindəki lifləri çıxarıb ayaqlarınızın quru hissələrinə sürtün və bir az gözləyin. Sonra ayaqlarınız su ilə yuyub bananın yapışqan maddələrindən xilas olun.

Bunu həftədə 2-3 dəfə tətbiq etsəniz ayaqlarınızdakı quruluğun necə azaldığını hiss edəcəksiniz.

Author: Perishan

Bənzər Məqalələr

Sizə maraqlı ola biləcək digər məzmunlar

Növbəti məqalə yüklənir...

Sona çatdınız!

Bu sessiyada məqalə oxudunuz

Daha çox kəşf et