Skip to main content

Bildirchin.az

Bloq | 2 dəq oxu
1.527 silahı ağac əkmək üçün istifadə edilən kürəklərə çevirdi

1.527 silahı ağac əkmək üçün istifadə edilən kürəklərə çevirdi

48 0 0

Meksikada Culiacan şəhərində, narkotik istifadəçilərinin sayı çox olduğundan silaha bağlı ölümlərin daha çox yaşanması da bu baxımdan normaldır. Pedro Reyes adlı sənətçi burada qarşıdurmalarda ölənlərin ailələriylə görüşdükdən sonra çox maraqlı bir layihəyə başlamışdır.

Palas por Pistolas adlı bu layihəni də şəhər sakinlərinə bir kampaniya şəklində bildirmişdir. Bu kampaniyada insanları silahlarını ona vermək üçün təşviq etmişdir: Gətirilən hər silah üçün isə bir hədiyyə çeki verir, bu hədiyyə çeki də elektron əşya ya da mətbəx aləti kimi əşyaların alışında istifadə edilə bilər.

Bu layihə çərçivəsində topladığı 1 527 silahı əritmiş və təkrar şəkilləndirərək kürəyi çevirmişdir! Bu kürəklər isə müxtəlif sənət təşkilatlarına və məktəblərə ağac əkimində istifadə olunması üçün paylanılmışdır. Sənətçi daha əvvəl etdiyi digər bir layihə çərçivəsində də yenə silahları musiqi alətlərinə çevirmişdi.

Pedro, "bir ölüm əşyasının necə bir həyat verən əşyaya çevrildiyini göstərmək istədim" deyir.

Author: Tarlanqizi

Loading next article...

You've reached the end!

You've read articles in this session

Explore More