Aromaterapiya tarixi qədim zamanlara dayanan efir yağları vasitəsilə müalicə növüdür. Efir yağlarının qoxusu emosiyaları, yaddaşı, hissləri, yuxunu və gümrahlığı tənzimləməyə kömək edir. Ən faydalı 7 qoxunu sizin üçün seçdik. Ev şəraitində tətbiq edin!

Lavanda

Lavanda efir yağı aromaterapiyada geniş istifadə olunur. O, daxili ahəngə çatmağa kömək edir, depressiyanı və narahatlığı aradan qaldırır, fikirlərə və emosiyalara aydınlıq gətirir. Mütəxəssislər  yuxusuzluqdan əziyyət çəkənlərə yastığa 1-2 damcı lavanda yağı tökməyi məsləhət görür.

Qızılgül

Teoriyalara əsasən ilk efir yağı X əsrdə Persiyada qızılgüldən alınımışdır. İndiki zamanda qızılgül efir yağı qadınlar arasında geniş istifadə olunur. Bu qoxu özgüvən verir, ilhamlandırır və intellektə müsbət təsir göstərir.

Limon

Limon yağı immuniteti möhkəmləndirmək üçün təbii vasitədir. O, baş ağrısını aradan qaldırır və əhval-ruhiyyəni qaldırır. Bundan əlavə limon yağı 6-cı hissi gücləndirir və sosial dəyişikliklər zamanı adaptasiya olunmağa kömək edir.

Jasmin

Aromaterapevtlər jasmin yağından depressiya və stresə qarşı istifadə edir. Vanna qəbul edərkən suya və ya bədən kreminizə bir neçə damcı jasmin yağı əlavə edin. Nəticə özünü gözlətməyəcək. Narahatlıq sizi tərk edəcək.

Küknar

Küknar qoxusu streslə mübarizədə əvəzolunmaz köməkçidir. Bundan əlavə bu qoxu daxili balans əldə etməyə kömək edir, inkişaf etməyə sövq edir.

Reyhan

Bəli, bildiyininiz reyhan. Onun qoxusu şüuru aydınlaşdırır və əsəbləri sakitləşdirir. Psixoloji balansı qorumağa kömək edir.

Nanə

Nanənin qoxusu geniş kütlə qarşısında çıxış edənlər üçün faydalı olacaq. Çünki bu qoxu gərginliyi yox edir və özgüvəni qaldırır. Həyat eşqi bəxş edir, insanlar arasında qarşılıqlı anlayışın yaranmasına kömək edir.