Bir neçə əsr bundan əvvəl əsasən dənizçilər arasında , pablarda yaranan qol güləşdirməsi və ya armrestlinq bir idman növü kimi 100 ilə yaxındır ki tanınır. Məşhur Amerika yazıçısı Ernest Heminqvey özünün “Qoca və dəniz” əsərində armrestlinq haqqında söhbət açmışdır. İlk dünya çempionatı isə yalnız 1962-ci ildə keçirilmişdir. Amerikada ona oxşar idman növləri – hendrestlinq və ristrestlinq də mövcuddur.
Hələ indiyədək armrestlinq yarışları müxtəlif qaydalarda keçirilir. Bu növün banisi Bill Soberanes ayaqüstü yarışmağın tərəfdarı olsa da, oturan yerdə, sol və ya sağ əllərlə mübarizə etməyin tərəfdarları da tapılır. Azərbaycan da bu yarışlar ancaq ayaqüstü keçirilir. İdmanşılar bir-birinin biləyindən yapışır, hakimin başlanğıc hərəkətindən sonra rəqibin əlini stola endirməyə çalışırlar. Əgər idmançılardan hansısa əlini qaçırırsa, onda hakim onların hər ikisinin qayışla bağlayır.