Su içmək — Yeməkdən dərhal sonra su içmək mədədəki qidaların həzm edilmədən bağırsağa keçməsinə səbəb olur. Həmçinin mədə suyunu azaldıb onun zəifləməsinə səbəb olur.
Qaçmaq və yatmaq — İnsanların çoxu yeməkdən sonra gəzməyin faydalı olduğunu düşünür, ancaq mütəxəssislər yürüşə yeməkdən ən az bir saat sonra çıxmağı tövsiyyə edir. Yeməkdən dərhal sonra yürüşə çıxsanız, aldığınız qidalar həzm edilmir. Yeməkdən dərhal sonra yatmaq isə həzm sistemindən problemə, dolayası ilə qastritə səbəb olur.
Meyvə yemək — Yeməkdən sonra meyvə yemək faydalı deyil, əksinə zərərlidir. Yeməkdən sonra meyvə yeyildiyi zaman mədə hava ilə dolur və şişlik yaradır.
Normal insanın gündəlik kalori ehtiyacı 2000-dir. Bəzən daha çox kalori ala bilərsiniz. Bunlardan xilas olmaq üçünsə bibəriyə və yaşıl çay ideal üsuldur. Gündə 2 stəkan bibəriyə çayı 100 kalori yandırır, yaşıl çay 150 kalori.
Zeytun yağının tərkibindəki Omega yağ turşuları kalori yandırmağa kömək olur. Salatlara gündə bir yemək qaşığı zeytun yağı əlavə edərək, çəki azaltmağı asanlaşdıra bilərsiniz.
Şirniyyat istəyi gəldikdə şokoladdan əvvəl müraciət edəcəyiniz qida üzüm olmalıdır, çünki ən sağlam həll yoludur.
Səhər yeməyini təkrarla — Səhər yediyin bəzi qidaları acdığınız zaman nahara qədər yeyə bilərsiniz. Bir dilim buğdadan və ya kəpəkdən hazırlanmış çörək üzərində çiyələk mürəbbəsi payız havasında əsl yerinə düşər, amma diqqət etmək lazımdır ki, mürəbbə az şəkərli olsun.
Diqqətli atışdır — İnternetdə olarkən, iş görərkən və ya televizora baxarkən atışdırmayın. Bunların əvəzinə fasilə edin və kiçik nahar edirmiş kimi atışdırın. Bu zaman həm sağlıqlı qidalanacaq, həm də kilo almayacaqsınız.