İstər şəxsi həyat, istərsə də iş həyatında və ya digər sosial ortamlarda insanların bir-birlərində ən çox diqqət etdiyi nöqtə xarici görünüşləridir. Әn azından xarici görünüş birinin haqqında ilkin fikrin yaranması adına önəmlidir, çünki iki yad insan bir-biri ilə tanış olanda ağıllarında olan ilkin təəssürat xarici görünüşə görə müəyyən edilir və bundan ən çox əziyyət çəkən kilolu insanlar olur. Cəmiyyətimizdə yerləşən yanlış bir düşüncə səbəbi ilə obez və artıq çəkilərdən əziyyət çəkən insanlara qarşı normal olmayan bir baxış bucağı yaranmışdır.


     İnsanlarda meydana gələn bu düşüncəni ortadan qaldırmaq hardasa imkansız olacağı üçün artıq çəkilərindən əziyyət çəkən insanların bu kimi mənfiliklərlə qarşılaşmaması üçün özlərində dəyişiklik etmələri lazım gəlir. Ediləsi dəyişiklik anladığımız kimi artıq kilolardan azad olmaq və daha sağlıqlı bir bədənə sahib olmaqdır. Sağlıqlı bir dieta sayəsində rahatlıqla kilolarınızdan xilas olmanız mümkünkən etdiyiniz dieta yanlışları kilolardan xilas olmanızı əngəllədiyi kimi daha çox kilo almağınıza belə səbəb ola bilər. Bu səbəblə sağlıqlı bir dieta tətbiq etmək qədər önəmli olan dieta yanlışlarını bilmək kilo vermə müddətinizdə sizlərə çox yardım edəcəkdir. Buna görə bugün sizlərə arıqlama müddətində istifadə etdiyimiz dieta yanlışları haqqında məlumat verəcəyik.

1. Dieta Siyahılarından Karbohidratı Silmək

Bir arıqlama proqramında edilə biləcək ən böyük dieta yanlışlarından biri olan karbohidratı dieta siyahısından silmək olduqca yanlışdır. Unutmayın ki, bədəninizin bütün qidalara ehtiyacı vardır və önəmli olan bunları kifayət qədər istifadə edə bilməkdir. Xüsusilə yaz-yay aylarına girdiyimiz bu vaxtlarda bir çox insandan dietaya başladıqlarını və bu səbəblə çörək, makaron və düyü kimi karbohidratla zəngin qidaları yemədiklərini eşidirik. Karbohidratı kəsmək müəyyən bir müddət sonra insanda əzələ itkisinə, yorğunluğun, əsəbi pozğunluğun yaranmasına səbəb ola bilməkdədir. Bu səbəblə bu kimi dieta yanlışları etməmək üçün sağlıqlı bir dieta siyahısına əlavə olunması lazım olan karbohidratı bulgur pilavı, kəpəkli makaronlar, meyvə, şorba kimi kompleks qidalardan rahatlıqla qəbul edə bilərsiniz.


2. Bitki Çaylarını Yanlış Şəkildə Qəbul Etmək

Qarşılaşdığımız dieta yanlışları içərisində olan bitki çaylarının yanlış bir şəkildə qəbul olunması bəzi xoşa gəlməzliklərə səbəb olmaqdadır. Bitki çayları arıqlama müddətində kiloların itirilməsinə yardım etdiyi kimi bəzi hallarda şüursuz bir şəkildə istifadə olunarsa ürək ritmində meydana gələn nizamsızlığa, arterial təzyiqdə meydana gələn dəyişimlərə, böyrəklərdə meydana gələn probləmlərə yol aça bilər.


3. Məhşurların Adıyla Çıxan Dietaları Etmək.

Son zamanlarda sosial şəbəkələrdə və ya KİV-lərdə eşitdiyimiz, Rihanna Dietası, Madonna Dietası olaraq adlandırılan dietalar hər insan üçün eyni təsiri göstərməyə bilər. Belə ki, hər insanın yaşayış tərzi, qidalanma şəkli, görüntüsü və ya çəkisi olduqca fərqlidir. Rihanna’nın istifadə etdiyi və olduqca müsbət nəticələr aldığı bir dieta programı başqa bir insanda zərərli nəticələrin yaşanmasına səbəb ola bilər.


4. Arıqlama Dərmanlarından İstifadə Etmək

Әslində saydığımız dieta yanlışları içərisində olduqca önəmli yer tutan bu maddə televiziya xəbərlərində eşitdiyimiz arıqlayarkən ölən bir çox insanın səbəbi olmuşdur. Bir həkimə müraciət etmədən istifadə olunan arıqlama həbləri böyrək yetməzliyi, sinir sistemində çökmə və bağırsaqlarda bir çox həyatı önəm daşıyan problemlərə səbəb olmaqdadır.


5. İnsan Sağlamlığı üçün Lazımlı Olan Qidaları Qadağan Etmək

Әgər dieta siyahınızı özünüz hazırlayırsınızsa qulaqdan dolma məlumatlarla çəki aldıracağınızı düşündüyünüz kartof, banan, kök və qarğıdalı kimi qidaları dieta siyahınızdan çıxartmaqla böyük bir yanlış edə bilərsiniz. Unutmayın ki, heç bir qida kifayət qədər istifadə olunduğu təqdirdə artıq çəkiyə səbəb olmaz.


6. Lazım Olduğundan Daha Çox İdman Etmək

Bu maddənin dieta yanlışları içərisində nə işi var deyə bilərsiniz. Belə ki, əgər nizamlı olaraq idman edirsinizsə dieta siyahınızda idmandan əvvəl və idmandan sonra qidalanma bölümünü hazırlamağınız lazımdır. Kifayət qədər karbohidrat və protein alımı olmadan edilən idmanlar əzələ itkisinə və metabolizmanın yavaşlamasına səbəb olmaqdadır.


7. Meyvə Qəbulunu Sərhədsiz Hala Gətirmək

Dieta yanlışları siyahımızın digər maddəsində də qeyd etdiyimiz kimi meyvəni siyahıdan tamamilə çıxartmaq kimi sərhədsiz bir şəkildə qəbul etmək də böyük bir yanlışdır. Artıq qəbul edilən meyvələrin içərisində olan fruktoza səbəbiylə qarın bölgəsində meydana gələn yağlamanın ən böyük səbəblərindən biri ola bilərlər.