✔ Materikin ümumi sahəsi 52,5 milyon kvadratkilometrdir. Yəni Avstraliyadan təxminən 2, Avropadan isə 1,5 dəfə böyükdür.
✔ Antarktida Yer kürəsinin ən hündür materikidir, orta hündürlüyü 2040 metr olmaqla digər bütün materiklərin orta hündürlüyündən 2,8 dəfə və ya onun 730 metr çoxdur. Ən yüksək zirvəsi isə Elsuort dağında, Vinson massividir: 5140 metr.
✔ Antarktida buzlaq örtüyünün ümumi həcmi 24 milyon kub kilometr olub, Yer kürəsində olan buzlaq sahənin 85 faizini, şirin su ehtiyatlarının isə təxminən 90 faizini təşkil edir.
✔ Antarktida buzlaqlarını öyrənmək üçün 7500’ə qədər müxtəlif dərinliklərdə ölçü işləri aparılmışdır.
✔ Buz təbəqəsinin orta dərinliyi 2000 metr təşkil edir. Mərkəzdə hissədə isə qalınlıq 640 metrdən 4000 metrə qədər dəyişir.
✔ Əgər Antarktidanın buz təbəqəsi əriyərsə hazırkı illik axım nəzərə alınmaqla o, Yer kürəsinin bütün çaylarını 500 il qidalandıra bilər və ya bu sudan dünya okeanının səviyyəsi 60 metrə qədər arta bilər.
✔ Materikin buz örtüyü bütün Yer kürəsini 50 metr qalınlığında buz təbəqəsi ilə örtə bilər.
✔ Antarktidada çoxlu sayda müxtəlif mənşəli buzlaqaltı göl və sututarlara rast gəlinir. Bu göllər ilin 8-12 ayı 1-2 metr qalınlığında buz bağlayır.
✔ 1990-cı ildə tapılan buzlaqaltı Vostok gölü isə donmur. Gölün uzunluğu 250, eni isə 50 km’dir.
✔ 1 dekabr 1959’cu il tarixli Beynəlxalq Müqaviləyə əsasən Antarktida heç bir ölkənin ərazisi elan oluna bilməz və burada hər hansı bir hərbi sınağın keçirilməsi, hərbi obyektin tikilməsi qadağandır.