Anqkor Vat və ya Anqkorvoat – Kambocada yerləşən və tanrı Vişnaya həsr edilmiş nəhəng hinduizm məbədi kompleksi. Dünyanın vaxtilə yaradılmış mədəni tikilisi və arxeoloji abidələrindən biri sayılır. XII əsrin I yarısında kral II Suryavarmanın hakimiyyəti dövründə tikilmişdir. Bu abidə kompleksi UNESCO-nun ümumdünya irsi siyahısına salınmışdır. Anqkor Vat abidəsi Kambocanın Siemreap əyalətinin eyniadlı şəhərindən 5,5 km aralıda yerləşərək özündə kxmerlərin qədim paytaxtları olan Ankqorda məbəd kompleksini birləşdirir. Anqkor 200km² əraziyə malik olduğu bilinsə də, son tədqiqatlar nəticəsində buranın ərazisinin 3000 km² çox olduğu və əhalisinin sayının yarımmilyona çatdığı aşkar olunmuşdur. İlk əvvəl tanrı Vişnaya həsr olunduğundan arxitektura nöqteyi-nəzərindən özündə induizmdəki tanrıların məskəni olan mifik Meru dağını nümayiş etdirən dağ-məbədləri birləşdirir. Məbəd mərkəzə doğru getdikcə hündürlüyü artan 3 konsentrik düzbucaqlı tikililər formasından ibarət olmaqla, 3,6 km uzunluğa və 190 m enə malikdir. Daxili tikililər lotos formasında 5 qüllədən təşkil olunmuşdur. Mərkəzdəki qüllə ibadətgahdan 42 km hündürlüyündə, ümumilikdə yerdən isə 65 km hündürlüyündədir. XV əsrdə istifadə olunmamağa başlamış və atılıb qalmışdır. Bura Avropa sivilizasiyası üçün 1860-cı ildən açılmışdır.
Anqkor Vat Kambocanın dövlət bayrağı və gerbində təsvir olunmuşdur.
Çox ehtimal ki, “Anqkor” adı sanskritcə “şəhər” mənasını verən “naqara” sözündən gəlmişdir. Kxmercə bu söz “noko” kimi səslənsə də, amma kxmerlərin xalq dilində “onkqo” sözünü demək daha rahatdır. Sonuncu sözün hərfi mənası “yığılmış düyü dənələri” deməkdir. “Anqkor” tarixi ad deyildir, Kambocada yerləşən əyalətə məxsus qədimi addır. Bu ad buradakı yerlərin kxmer başçıları tərəfindən tərk edildiyi zaman yaranmışdır. Buna baxmayaraq, burada adamlar yaşamağa davam etmiş və Anqkor kifayət qədər böyük şəhər əhəmiyyətini saxlayaraq, bunu öz adında əks etdirmişdir. Əsrlər ərzində xalq sözü olan “onqko” xüsusi ad alaraq, qədim paytaxt əyaləti Anqkor (Onkqor)adında möhkəmlənmişdir. “Vat” sözü isə monastr iqamətgahlarının müqəddəs yeri mənasınə verən pali ifadəsi “vattu-arama”dan götürülmüşdür. Lakin Cənub-Şərqi Asiya ölkələrinin (Tayland, Kamboca, Laos) çoxusunda bu söz geniş mənada işlədilərək hər hansı buddist məbədinə və ya paqodasına aid edilir. Kxmercə “voat” “məbəd” və “ehtiram, heyran olma” mənasını verir. Həqiqətdə, Anqkor Vat kxmerlərin milli qürur simvolu sayılır.
Anqkor Vat məbədi 1863-cü ildən bəri Kamboca bayrağında təsvir edilir və milli qürur simvolu sayılır.