Anna Elisabeth Michel (Anneliese) 1952-ci ildə Almaniyada anadan olmuşdur. 1968-ci ildə (16 yaşında) bir gecə özünü itirdiyi zaman vəziyyəti pisləşir. Bu hadisədən sonra tez-tez panik-ataklar, epilepsiyalar keçirməyə başlayır və 1970-75 ci illər arasında belə hallar artır.
Sonunda özünə şeytan girdiyini deyən Anneliese heç bilmədiyi fərqli dillərdə danışmağa, səslər eşitməyə, özünə və ailəsinə zərər verməyə başlayır. Bundan sonra kilsə keşişi tərəfindən həftədə 1-2 dəfə şeytan çıxarma ayini keçirilir. Sonuncu ayində qrip olduğu üçün daha da halsız qalan Anneliese 1976-cı ildə 23 yaşında ölür. Ölümündən sonra valideynləri bir müddət həbs və cərimə olunur. Tam olaraq nə baş verdiyi hələ də açıqlanmır. Onun həyatı əsasında “The Exorcism Of Emily Rose” filmi çəkilmişdir.