Yüzlərlə fobiya arasında ən qəribəsi anatidaefobiyadır desək, yanılmarıq, çünki bu fobiyadan əziyyət çəkən insanlar bir ördək tərəfindən izləndiklərini zənn edirlər. Yox, hətta əmindirlər: harda olursan ol, nə edirsən et, hansısa ördək səni izləyir.
Bütün fobiyalar kimi antidaefobiya da insanın uşaq ikən keçirdiyi qorxulardan yaranır. Hər kəsə məlumdur ki, ördəklər bəzən aqressivləşir, qışqırır, qanadlarını çırpır və möhkəm dişləyir. Bu fobiyanın yaranma səbəbi xəstənin uşaq yaşlarında ördək tərəfindən dişlənməsi və ya qorxudulmasıdır. Sözü gedən fobiya bəzi insanlara qəribə və gülünc gəlsə də, ondan əziyyət çəkənlər üçün yetincə vahiməlidir. Anatidaefobiyanın simptomları isə ürək bulanması, baş dönməsi və panik ataklardır.
Bəs sizin ən qəribə qorxularınız nələrdir?