Günümüzdəki tükətim topluluğu bir-biri ilə rəqabət aparmaq üçün müxtəlif strategiyalar inkişaf etdirir. Xüsusilə moda dünyasında bu rəqabət daha çoxdur. Yüzlərlə marka hər il alıcıya xitab etməyə və gəlirlərini artırmağa çalışır. Təbii ki, rəqabətin bu qədər qızışdığı ortamlarda yerlərini qorumaq və strategiyalarını yaxşı müəyyən etmək lazımdır. "Zara" da bu markalardan biridir. Qlobal marka olan "Zara"nın xaricdə çalışan köhnə işçilərindən birinin etdiyi satış etiraflarına birlikdə nəzər salaq.
1. "Zara" işçiləri mağazada bəyəndikləri paltarları almırlar. "Zara" işçiləri çox bəyənsələr belə, mağazadan paltar almırlar. Onun yerinə online alış-veriş edirlər ki, paltarları online mağaza üzərindən dəyərləndirə bilsinlər. Həm də real alıcılar online alış-veriş edərkən o paltarın daha əvvəl də alındığını görüb, daha əmin olsunlar. Eyni zamanda bəyəndiyiniz məhsulu mağazada tapa bilməsəniz, internetdən də ala bilərsiniz.
2. Bir məhsulu bəyənib səhəri gün almağa gəlsəniz, tapa bilməyəcəksiniz.
3. Bütün işçilərə endirim kartları verilir. Zara işçilərinə verilən endirim kartları sadəcə "Zara"da deyil, İspan Inditex şirkətindəki bütün mağazalarda keçərli olur. Bu kart, Pull & Bear, Massimo Dutti, Oysho, Bershka, Zara Home, Stradivarius kimi mağazalarda da keçərlidir.
4. Mankenlərə geyindirilən paltarlar xüsusilə seçilir.
5. Kolleksiyalar fərqli keyfiyyətlərdə hazırlanır.
6. Əgər mağazada bir paltarın tək bir bədəni varsa, buna diqqət etməlisiniz. Əgər sevdiyiniz paltarın sadəcə bir bədəni qalıbsa, panikaya gərək yoxdur. Ordakı işçilərdən sizə uyğun bədəni olub olmadığını soruşun. Məsələ budur ki, mağazalar bunu qəsdən edir ki, sizdə “bu məhsul tükənir, tükənmədən alım” fikri yaratsın.
7. Mağazalardakı kombinasiyalar da strategiya məhsuludur.
8. Lüks markaların modelləri kopyalanır.
9. Ara fəsillər yerinə yay və qışda alış-veriş daha sərfəlidir. "Zara"da böyük satışlar ildə 2 dəfə olur: Qış endirimi və yay endirimi zamanı. Qış endirimi yeni ildən öncə başlayır və yanvar ayının sonuna qədər davam edir. Yay endirimi isə yayın ortasında başlayıb sonuna qədər davam edir. Bu səbəblə endirimləri gözləyib, bəyəndiyiniz məhsulları daha uyğun qiymətə ala bilərsiniz.
Author: Lala Aliyeva