- Mənəvi (ruhi) zəiflikdən uzaqlaşa bilərsiz
İnsanın tək qalıb özünə vaxt ayıra bilməsi "məhsuldarlıq" deyilən mövhumdan bir az da olsa uzaq qalmasını təmin edir. Əksər qənaətin əksinə heç bir şey etməmək əslində çox yaxşı şeylərin gerçəkləşməsinə imkan verir. Promega adlı bir şirkət, işçilərinin təbii gün işığında rahatlayıb kiçik fasilələr ilə meditasyon edə bildikləri sakit sahələrə sahibdir. Bunun vasitəsilə işçilərin səhiyyə şərtləri yaxşılaşdı və məhsuldarlığın da artdığı məlum oldu. Eyni vəziyyət bizdə də nəticə verə bilər.
- Hissiyatımız kəskinləşər Çoxları üçün 10 gün boyunca səssiz qalmaq suda getməkdən fərqsizdir. Vipassana Səssizlik İnstitutları tam olaraq bununla məşğuldur; iştirakçılar on gün ərzində oxumaqdan, danışmaqdan və göz təmasından uzaq qalırlar. 100-ə yaxın elm-adamı araşdırma məqsədiylə səssiz Meditasiyanı reallaşdırdılar və nəticədə danışma bacarığının istifadə edilməməsi digər duyğuların böyük ölçüdə kəskinləşməsini təmin etdiyini aşkara çıxardılar. Danışarkən istifadə etdiyimiz diqqət və həssaslıq, nəfəs alış-verişindən başlayaraq görünüşlərə, səslərə, hisslərə, düşüncələrə və duyğularımıza köçürülür.
- Gələcək qayğısı
Alan Watts, gərginliklərimizin və şübhələrimizin səbəbinin yalnız bir illüziya olan gələcəkdə yaşayıb "bu an" dan qopuq şəkildə yaşamağımız olduğunu ifadə edir. 'Bu an’ın sizə verə biləcəkləri, gələcəyin sizə təqdim etdiyi ilə müqayisədə çox kiçik qalır. Səssizlik və özümüzlə tək qalmaq bizi saxta xoşbəxtliklərdən qurtarıb gerçək həyata qaytarır.
- Yaddaşımızı gücləndirir Təbiətdə səyahətə çıxmaq belə mühüm dərəcədə beynimizdə dəyişikliyə səbəb olur
- Qərar verəbilmə bacarığımız genişlənir Psixoloq Kell Mcgonigal, səssizlik əsnasında zehnimizin daha məntiqli qərarlar alıb daha sonra bunları reallaşdırma sahəsində motivasiya olmağımız üçün daha əlverişli şərait meydana gətirdiyini ifadə edir.
- Daxili səsinizi eşitməyə imkan verər Şəhərləşmiş həyatımızda bir çox hərəkəti təsir-əks-təsir prinsipi ilə həyata keçiririk. Səssizlik əsnasında isə, fərdi fərqliliyimizin hərəkətlərimizin idarəsini ələ almasını təmin edirik. Çöldə məruz qaldığımız səslərdən uzaq qalmaq öz daxili səsimizə motivasiya ola bilmək imkanı verir bizə, çünki bizi idarə edən əslində bu səslərdir. Öz düşüncələrinizə qulaq verin. İnsan iradəsi düşüncəsiz hərəkətlərin boyunduruğundan xilas olanda sağlamlaşar.
- Beynimiz inkişaf edir Beyin ən mürəkkəb və ən güclü orqanımızdır və əzələlərimiz kimi, o da istirahətə ehtiyac duyur. UCLA Araşdırmasına görə özümüzü dinləyib rahatladığımız anlarda beynimizin məlumat emal sürəti artır və beyin pərdəsi qıvrımları güclənir.
- Daha kreativ oluruq
Əvvəllər işə yaramaz olaraq görülən xəyal qurmaq vəziyyəti indiki vaxtda olduqca lazımlı bir hala gəlib. UC Santa Barbara'dan Professor Jonathan Schooler, "sıxılıb xəyallara dalmaq ya da xəyallar qurmaq yaradıcı fikirlər əldə etməyin ən mühüm mənbələrindən biridir" deyir.
- Problemləri həll etmək bacarığı artır
Şəxsi disiplininizin formalaşmasına kömək edəcək.
- Hissiyati çətinliklərdən qurtulmaq imkanı Gərginlik, stres, yuxusuzluq və bunun kimi mənfi düşüncələrdən qurtulmaq və bu vəziyyətlərin nə vaxt üzə çıxdığını tapmaq üçün fürsət.
Bonus: Yalnız qalmaq və ya gəzmək insana həyatı sorğulamağa, böyük hesab etdiyi problemlərin əslində çox kiçik olduğunu görməyə, ətrafında olduğu insanları tanımağa, özünü kəşf etməyə və həyatı dərk etməyə imkan və fürsət verir...
Author: feridnagizade