Bir az uşaqlığımıza qayıdaq. :)
Casper
Kasper yardımsevər və əyləncəli bir ruhdur, amma insanlar ondan qorxurlar. Kasper buna görə çox məyus olur, o, insanları qorxutmaq yox, onlara yardım etmək niyyətindədir.
https://www.youtube.com/watch?v=uNNS9dE-cL4Teenage Mutant Ninja Turtles
Renesans dövrünün rəssamlarının adı verilmiş 4 tısbağanı siz də xatırlayırsınız yəqin ki. Göy bandanalı Leonardo, bənövşəyi bandanalı Donatello, narıncı bandanalı Mikelancelo və qırmızı bandanalı Rafael uşaqlığımızın əvəzolunmaz qəhrəmanları idilər.
https://www.youtube.com/watch?v=f7y8k38g8lkRed Kit
Red Kit öz kölgəsindən də tez silah çəkən kovboydur. Yaşadığı macəralarda daltonlar və bütün günahkarlar üçün kabusdur.
https://www.youtube.com/watch?v=_xA9aIWrKM4Bugs Bunny
Həmişə kök yeyən ağıllı dovşanı tanımayan 90-lar uşağı yoxdur. Kök axtarışları hər dəfə ona yeni macəralar yaşadır və hər seriyasında bizi güldürməyi bacarırdı.
https://www.youtube.com/watch?v=h8NrKjJPAuwGarfield
O, uşaqlığımızın sevimlisi, lazanya yeyən tənbəl pişikdir. Heç bir iş görməyən, ancaq, yemək və yuxu arzulayan şirin varlıq.
https://www.youtube.com/watch?v=_HSxII9-MF4Cedric
"8 yaşındasınızsa və aşiqsinizsə həyat çox gözəldir" ifadəsini bizə əzbərlətdirən qəhrəman Sedrik idi. Onun məktəbdə yaşadıqlarını, babası ilə olan dialoqlarını hamımız az da olsa xatırlayırıq.
https://www.youtube.com/watch?v=jUCja0xjCfYConan the Adventurer
Bu cizgi filmi 1992-1993-cü illərdə çəkilmişdir. Macəralarını sevə-sevə izlədiyimiz cəsur qəhrəman Konanı hər gün ekran qarşısında gözləyirdik.
https://www.youtube.com/watch?v=u-Ys3WYYJpgPrincess Sheherazade
Giriş mahnısını əzbərlədiyimiz "Şahzadə Şəhrizad" siyahımızda mütləq yer almalı idi. 1996-cı ildən 1998-ci ilə qədər çəkilişləri davam etmiş bu cizgi filmi 1 sezon və 52 seriyadan ibarətdir.
https://www.youtube.com/watch?v=dVuVobayUnE&list=PLlWnQEmKgz-sQlJ4v6TbN2RDq6OLu__clAuthor: Perishan