Uşaqların aləmində sevgi nədir?

Bloq By Bildirchin Posts ·

Uşaqların düşüncələri stereotiplərdən uzaqdır, onlar yalnız gördüklərini və hiss etdiklərini söyləyir. Bu səbəbdən də onların fikirləri böyük məna daşıyır. Onlar «sevgi nədir?» sualına belə cavab verir:

«Sevgi nədir? Sevgi odur ki, kimsə səni sevir və adını başqa cür səsləndirir. Sənin adın onun dilində özünü xoşbəxt hiss edir».

— Billi, 4 yaş

«Nənəmdə artrit yaranmışdı və o artıq əyilib ayaq dırnaqlarına boya çəkə bilmirdi. Babam nənəm üçün bunu etməyə başladı. Babamın əllərində artrit yarandığı günlərdə belə bunu etməyə davam etdi. Sevgi budur».

— Rebekka, 8 yaş

«Sevgi odur ki, sən qızardılmış kartofunu başqası ilə paylaşırsan və qarşılıq gözləmirsən».

— Krissi, 6 yaş

«Sevgi yorğun olduğun zamanlarda belə səni güldürən şeydir».

— Terri, 4 yaş

«Sən oğlana onun köynəyini bəyəndiyini deyirsən, o isə həmin köynəyi hər gün geyinməyə davam edir. Sevgi budur».

— Noel, 7 yaş

«Sevgi ananın ataya toyuğun ən yaxşı hissəsini verməsidir».

— Eleyn, 5 yaş

«Sevgi ananın atanı çirkli və tərli olduğunu gördüyü halda, atanın Robert Redforddan daha yaraşıqlı olduğunu deməsidir».

— Kris, 8 yaş

«Sevgi itini gün ərzində tək qoyduğun halda belə onun səni yalamasıdır».

— Mari Enn, 4 yaş

«Kimisə sevirsən və onu gördükdə kipriklərin qalxır və onların altından ulduzlar uçur. Bax, bu sevgidir».

— Keren, 7 yaş

«Sevgi ananın ata üçün hazırladığı qəhvənin ləzzətli olduğundan əmin olmaq məqsədilə dadına ilk öncə özünün baxmasıdır».

— Mark, 7 yaş

«Əgər sevmirsənsə, "səni sevirəm" deməyə ehtiyac yoxdur, ancaq bu həqiqətdirsə, bunu tez-tez təkrarla, çünki sevdiyin adam bunu unuda bilər».

— Cessika, 8 yaş

«Mən bilirəm ki, mənim böyük bacım məni çox istəyir, çünki o bütün köhnə əşyaların mənə verir və özü üçün yenilərini almalı olur».

— Loren, 4 yaş

«Qız üçün böyük üzük və kamera almağa kifayət qədər pulunuz yoxdursa, onu əsla öpməyin, çünki o mütləq toyun videosunu çəkmək istəyəcək».

— Denis, 10 yaş

Müəllif: Pusta