Digər tərəfdən isə, it küçədə istədiyini edirdi. Azad idi. Ətrafında özü tipdə dostları var idi. Dostlarına sadiq idi. Sevirdi onları. İnciyə bilmirdi, inciməyə şansı da yox idi, çünki dostları da getsə ətrafında heç kimsəsi və heç nəyi qalmayacaqdı, çünki yetim idi. Doğulandan qısa bir müddət sonra itin anası ölmüşdü. Məhlədə bir ailə xaricində hər kəs kasıb olduğundan özlərinə belə yemək tapa bilmədikləri üçün məhlədəki heyvanlara da yemək üçün heç nə verə bilmirdilər, amma o varlı ailə çox simic və vecsiz idi çevrədəkilərə qarşı, ancaq ailə daxilində çox mehriban və xoşbəxt idilər..
Uşaq ağlı qəribə olar deyərlər. Həqiqətən də bizimkinin qəribə istəkləri var idi. İtlə evdə oynadığı bir gün yenə baxıcıları gəlib iti uşağın əlindən alıb, ağlamağına baxmayaraq həyətdəki ağacın altına atdılar. Dostunun üşüyəcəyini düşünən uşaq gecə hər kəs yatdıqdan sonra əynini qalın geyinib istifadəsiz paltarlarından ən qalınını gotürüb itin yanına getdi. Gecəni orda dostu ilə keçirəcəkdi, axı dostu onu başa düşən tək canlı idi. O an nənəsinin dediyi bir şeyi düşünməyə başladı. Bir dua idi bu. Tam xatırlaya bilmirdi duanı, amma xatırladı ki, nənəsi ona Allah körpələrin duasını tez qəbul edər demişdi, çünki uşaqlar günahsız olar və mələklər də onların duasına qoşular. Hətta o dərəcədə qoşular ki günahsız körpələrin duası qəbul olsun və geri çevrilməsin deyə onlarla birlikdə ağlayaraq Allaha dua edərlər. Başqa bir şeyi də xatırladı uşaq. Nənəsinin ona dediyinə görə gizlicə edilən duaları Allah geri çevirməz. Bunları dostuna danışdı və qərar aldılar ki, Allaha onların yerlərini dəyişsin deyə dua etsinlər, hazır qaranlıqda heç kəs də görmürkən. Axı onda xoşbəxt olacaqdılar, axı onda bir imkansız xəyala çevrilən istəkləri gerçək olacaqdı. Sabaha qədər dua etdilər can dostları. Dua amma nə dua. Sanki dodaqları ilə deyil ruhları ilə qatılırdılar duaya. Bir tərəfdən də fikirləşirdilər ki, istəklərini dəyişməyəcəklər. Hətta bir-birlərinə söz belə verdilər ki, can dostları sonsuza qədər sözlərindən dönməyəcəklər.
Düşünün ki hər bir şeyiniz olduğu halda bu qədər bezə bilərsinizmi həyatdan? Sonra nə oldu deyə düşünürsünüz?
Sabah açılanda bir yandan güclü fırtına əsir, bir yandan da şiddətli yağış yağırdı. Balaca uşaq yenə də rahat hərəkət edə bilmirdi. Küçədə digər uşaqlar kimi qovala-qaç oynaya bilmirdi, uşaqlarla güləşmək bir yana daşlarla ev belə düzəldə bilmirdi. Yox bu yağış deyildi, mələklərin göz yaşları idi, çünki mələklər belə, əməllərinə peşman olmuşdu və axirətə qədər də yağış yağacaq, çünki o uşaq heç vaxt böyüməyəcək.
Author: Azalia