Dr.Batmanghelidj "Xəstə deyil, Susuzsunuz " kitabında bədənimizin tam 46 səbəbə görə suya ehtiyac duyduğunu izah edir.
1 - Heç bir şey susuz yaşaya bilməz.
2 – Suyun azlığı bədənin bəzi funksiyalarını əvvəl yavaşladır, sonra öldürür.
3 - Su ən vacib enerji mənbəyidir.
4 - Su bədənin hər hüceyrəsində elektrik və maqnit enerjisi istehsal edir, bizə həyat gücü verir.
5 – Hüceyrə quruluşundakı maddələri bir-birinə bağlayan bir yapışdırıcıdır.
6 - DNK-nın zədələnməsinin qarşısını alır və bərpa olunması mexanizminin daha yaxşı işləməsinə kömək edir, beləliklə, yaranan anormal DNK sayı da azalır.
7 - İmmunitet sisteminin ( bütün mexanizmlərinin ) mərkəzi olan sümük iliyində, bu sistemi xərçəng də daxil olmaq üzrə, müxtəlif xəstəliklərə qarşı gücləndirir.
8 - Bütün qidaları, vitamin və mineralları parçalayan əsas vasitədir. Su bədəndəki qidaları kiçik hissələrə ayırır, həzm olunmasında və son metobolik mərhələlərində vəzifə yerinə yetirir.
9 – Su, qidalara enerji verir və parçalanan qidalar həzm prosesi zamanı bu enerjini bədənə ötürür. Susuz yeyilən yeməyin bədən üçün heç bir enerji dəyəri yoxdur.
10 - Su, qidalardakı lazımi maddələrin sorulmasını artırır.
11 - Bütün vacib maddələrin bədənə yayılmasına yardımçı olur.
12 - Ağciyərlərdə oksigen toplayan qırmızı qan hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır.
13 - Hüceyrəyə çatan su, o hüceyrəyə oksigen verir və tullantı qazların bədəndən kənarlaşdırılması üçün onları ağciyərə daşıyır.
14 - Bədənin müxtəlif bölgələrindən zəhərli tullantıları toplayır və onların xaric olunmaları üçün qara ciyərə və böyrəklərə daşıyır.
15 - Oynaq boşluqlarındakı əsas yağlayıcı maddədir, artrit və bel ağrılarının əmələ gəlməsinin qarşısını almaqda yardımçı olur.
16 - Onurğadakı diskləri "şok əmici su yastıqları "na çevirir.
17 - Su bağırsaqları ən yaxşı işlədən yağlayıcı maddədir, qəbizliyi önləyir.
18 - İnfarkta və iflicə qarşı qoruyucudur.
19 - Ürək və beyin damarlarında laxtalanmanın qarşısını alır.
20 - Bədənin soyutma ( tərləmə) və isitmə ( elektrik) sistemləri üçün əvəzolunmazdır.
21 - Düşünmək başda olmaqla bütün beyin funksiyaları üçün bizə güc və enerji verir.
22 - Serotonin və digər nevrotransmitter (sinir mesajçıların ) istehsalı üçün imtina edilməzdir.
23 - Melatonin də daxil olmaq üzrə , beyində yaranan bütün hormonların istehsalı üçün lazımlıdır.
24 - Uşaqlarda və yetkinlərdə diqqətsizliyi həll edir.
25 - Səmərəli iş əmsalını artırır və diqqət aralığını böyüdür .
26 - Su dünyadakı digər bütün içkilərdən daha asan tapıla bilir və heç bir əlavə təsiri yoxdur.
27 - Stress, gərginlik və depressiyanın yüngülləşməsinə köməkçi olur.
28 - Su yuxunu tənzimləyir.
29 - Yorğunluğun aradan qaldırılmasına yardım edir və bizə gənclik enerjisi verir.
30 - Dərini yumşaldır və yaşlanmanın simptomlarının azalmasına kömək edir.
31 - Gözlərə canlılıq və parlaqlıq verir.
32 - Glokomdan qorunmamıza kömək edir.
33 - Sümük iliyində qan yaradan sistemlərini tənzimləyir, lösemi və lenfoma meydana gəlməsinin qarşısının alınmasına kömək edir.
34 - Su bədənin infeksiya və xərçəng hüceyrələrinin yayılmaq ehtimalı olan bölgələrində immun sistemini gücləndirmək üçün çox lazımlıdır.
35 - Qanı durulaşdırır və qan dövranı prosesində laxtalanmanın qarşısını alır.
36 - Qadınlarda , adət əvvəli ağrını və atəş basmasını yüngülləşdirir.
37 - Ürək döyüntüləri ilə birlikdə qanı sulandırıb dalğalandırır və qan dövranı zamanı qatı maddələrin çökməsinə mane olau.
38 - İnsan bədənində susuzlaşdırma əsnasında istifadə edilə biləcək bir su anbarı yoxdur. Bu səbəblə gün boyunca nizamlı olaraq su içməyimiz lazımdır.
39 - Dehidrasyon cinsilik hormonunun istehsalına mane olur , bu iqtidarsızlıq və libido itkisinin başlıca səbəblərindən biridir.
40 - Su içdiyiniz zaman susuzluq və aclıq duyğularını ayırt edə bilərsiniz.
41 - Arıqlamağın ən doğru yolu su içməkdir. Rejimli şəkildə su için və pəhriz saxlamadan arıqlayın. Acdığınız zaman həddindən artıq yeməməli , amma Susadığınızda suyunuzu içməlisiniz.
42 - Dehidrasyon toxu boşluqları , oynaqlar , böyrəklər , qaraciyər , beyin və dəridə zəhərli çöküntüləri yığılmasına gətirib çıxarar. Su bunları təmizləyər.
43 - Su hamiləlik zamanı ürək bulantılarını azaldar.
44 - Zehin və bədən funksiyalarını bütünləşdirir. Kara vermək və hədəfləri müəyyənləşdirmək bacarığını artırır.
45 - Yaşılıkta yaddaş itkisinin qarşısının alınmasına kömək edir . Alzheimer , çox skleroz , Parkinson və Lou Gehring xəstəliklərinin riskini azaldır.
46 - Kofein, alkoqol və bəzi dərmanlardan asılılığın aradan qaldırılmasına yardımçı olur .
Author: Owl