Su? - Niyə içməliyik?!

Bloq By Bildirchin Posts ·

Bədənimizin çox hissəsini su təşkil edir. Bu səbəbdən də su sağlamlığımız üçün önəmli amillərdəndir. Faydalarını saymaqla bitirə bilmərik. Bunu da qeyd edim ki, su deyəndə saf su nəzərdə tutulur. Çay və ya qəhvədə olan su bura aid edilmir.

Məncə, azərbaycanlılar su içməyi elə də sevən olmur. Bu səbəbdən də ilk öncə faydalarını saymaq istərdim ki, ən azından bunlar bizə motivasiya olsun :)

Bəs özümüzü su içməyə necə məcbur edək? Su içməyi sevmək üçün bəzi sirrlər:

Gün boyu 8 stəkan su içməyimiz mütləqdir. Bunu əsasən günün birinci yarısında etməyimiz vacibdir. Bəzi mənbələrdə qeyd olunub ki, ilıq su içmək yaxşıdır. Bəzilərində isə soyuq suyun daha xeyirlo olduğu qeyd edilir. Bəs hansı?

Soyuq suyu qəbul etdiyimizdə bədənimiz onu qızdırmaq üçün əlavə enerji sərf edir və beləliklə biz kalori itirmiş oluruq, ancaq bunu qeyd edim ki, bir stəkan suyu isitmək üçün xərclədiyimiz kalori 8dir. Gündə 8 stəkan su içməyimiz zəruridir. Beləliklə də soyuq su içməklə cəmi 64 kalori itirmiş oluruq. Bu elə də böyük nəticə deyil. Bu səbəbdən də otaq temperaturunda su içmək də xeyrimizədir. Yəni əsas olan su içməkdir! İlıq su isə iştahımızı kəsir. Buna görə də hər zaman ac hiss etdikdə və ya bizə lazımsız olan bir şeyi yemək istədikdə ilıq su içməyimiz gərəklidir.

Elə bu qədər! İndi isə bir dadlı stəkan su içməyin vaxtıdır! Cheers 😉

Author: Gunel Yashar