Limonun faydaları • C vitamini baxımından zəngindir. • Qaraciyəri təmizləyir. • Bağırsaqları təmizləyir. • Böyrək və öd daşlarının ərinməsinə yardım edir. • Beyin sağlamlığını qoruyur. • Yüksək təzyiqə yaxşı gəlir. • Antioksidantdır. • Göz sağlamlığını qoruyur. • Qripə qarşı bədəni gücləndirir. • Dəriyə parlaqlıq verir. • Qaşıntıya yaxşı gəlir. • Həzmə köməkçi olur. Limonun qida dəyərləri 1 ədəd qabığı soyulmuş limon: • Gündəlik c vitamini ehtiyacının 51%ini, • B6 vitamini ehtiyacının 2%ini, • Folat ehtiyacının 1%ini, • Kalsium ehtiyacının 2%ini, • Dəmir ehtiyacının 2%ini, • Maqnezium ehtiyacının 2%ini, • Fosfor ehtiyacının 1%ini, • Kalium ehtiyacının 2%ini qarşılayır. Təbii ki hər faydalı şey kimi limonun da yan təsiri vardır. Limonun yan təsirləri: • Həzmə faydalı olan mayelərin yaranmasını artıran limon suyu, mədədə turşuluğun artmasına yol aça bilər. • Digər turş qidalar kimi limon və ya limon suyundan çox istifadə edildikdə diş minalarına zərər verə bilər. Limonun bəzi istifadə sahələri • Ağız qoxusu və boğaz ağrısını keçirmək üçün limonlu suyla qarqara edə bilərsiniz. • Limon suyu ilə duzu qarışdırıb farfor əşyalarınızı təmizləyə bilərsiniz. • Bağ evlərində pəncərələrin kənarına qoyulan limon, ağcaqanadların uzaqlaşmasına kömək edəcəkdir. • Saçları limonlu su ilə durulasanız, o saçlarınıza parlaqlıq verəcəkdir. • Mis əşyaları duzlu limonla təmizləyə bilərsiniz.
Author: Tarlanqizi