Seçilmiş 30 atalar sözü

Bloq By Bildirchin Posts ·

    1. Get özünə dost qazan, düşmən ocaq başındadır.     2. Əvvəl öyrən, sonra düşün     3. Həqiqi sevgi yaxşılıq görəndə artmayan, pislik görəndə azalmayandır     4. Ən yaxşısını düşün, ən pisinə hazır ol      5. Bilənlər danışmaz, danışanlar bilməz     6. Haram gəldi halalı da apardı     7. Dostu tapmaq çətin, itirmək asandır     8. Az düşünən çox danışar     9. Yel ilə gələn, sel ilə gedər   10. Ağac nə qədər yüksək olsa, yarpaqları yenə də tökülər   11. Cəsarətin bittiyi yerdə əsarət başlayır    12. Biçmək üçün əkmək lazımdır   13. İki fikir bir fikirdən daha yaxşıdır   14. Qadına inanan, özünü aldadar. İnanmayan da qadını aldadar   15. Ağıllı bir adam tək öz təcrübələrindən, çox ağıllı bir adam başqalarının da təcrübələrindən faydalanar.   16. Dünyada qüsursuz iki insan vardır. Biri ölmüşdür, o biri isə doğulmamışdır.   17. Erkən qalxmayan arvad, söz dinləməyən övlad, mahbuzla getməyən at qapında varsa qaldır at.   18. Yalançı tamahkarı aldadar.   19. Yoxsul geydi, hamı dedi: hardan gətirdin?   20. Ya dəvə ölər, ya dəvəçi, ya da üstündəki hacı.   21. Ya lələ şələni basar, ya şələ - lələni.   22. Ac deyir doymaram, tox deyir acmaram.   23. Hacət dedik, höcət demədi   24. Sən oxuyanları mən toxumuşam.   25. Tarısın tanımayandan sən nə umursan?!   26. Çubuğu vaxtında əyməsən, böyüyəndə əyilməz.   27. Əkinçi ol, biçinçi olma!   28. Bazar quruldu, hesab duruldu.   29. Zor qapıdan gələndə haqq bacadan qaçar.   30. Yuxarı baxıb fikir eləyincə, aşağı baxıb şükür elə.

Author: Azalia