İnternetin bu qədər əlçatan olması və sosial trendlərin yayğın hala gəlməsi ilə yeni nəslin ən böyük əyləncəsi telefonlar oldu. Uşaqlar vaxtlarının çoxunu telefonda keçirir. Bu da texnologiya, internet və ya sosial media asılılğı kimi problemlərə səbəb olur. Belə uşaqların ən zəif nöqtəsi isə dünya ilə əlaqə qurduqları cihaz olan telefonlarıdır. Əvvəllər cəza yöntəmləri fərqli olsa da, indiki dövrdə cəzalandırmaq üçün “Sənə telefon yoxdur!” cümləsini eşidirik.
Yeni nəslin vərdişləri bizimkilərdən olduqca fərqlidir. Amma bizlər də dəyişən texnologiyaya öyrəşmək məcburiyətindəyik. Ailə və sosial münasibətlər də texnologiyanın inkişafından təsirlənir. Denton, Texasda yaşayan Tawnya Ford və Larry Sumpter cütlüyü 15 yaşlarındakı qızlarını dəyişən dünyaya uyğun olaraq cəzalandırıblar.
Atası isə cavab olaraq: “Artıq gecdir. Sən seçimini etdin. Paylaşımlar üçün hələ ağlımda yüzlərlə fikir var.” Dedi. Ata qızının hesabı ilə paylaşdığı fotolarla internetdə viral oldu və fenomen halına gəldi.
Mənbə: Daily mail
Author: Lala Aliyeva