"Qız qalıb qızıla dönər" - Bir çoxları bunu deyib təsəlli tapır, amma...

Bloq By Bildirchin Posts ·

Elə bir xalq tapılmaz ki, onun folklorunda atalar sözləri və məsəllər olmasın. Bu nümunələr xalqın təfəkkür tərzini əks etdirir və onun dilini zənginləşdirir. Gündəlik həyatımızda tez-tez atalar sözlərindən istifadə edirik.

Bəziləri həqiqətən lap yerinə düşür, bəzilərini isə eşidəndə özümüz də təəccüblənirik!

Sizinlə bir neçə atalar sözünü müzakirə etmək istərdim.

Son günlərdə bir neçə fb dostumun statusunda "Atalar üçdən deyib" deyimini gördüm. Buradakı üç, əslində, bildiyimiz üçlərdən  deyil) Belə ki, bəzi atalar sözü və məsəllər vardır ki, əsrlər keçdikcə, ilkin mənasını itirərək hazırda işlətdiyimiz şəklə düşüb. Filoloq olaraq onlardan bəzilərinin əsl variantını və izahını yazıram.

"Oğuznamələr"də bu misal "Atalar ucacan deyib" şəklində qeyd olunub. Misaldakı uc, qədim Göytürk dilində axır, son mənasını ifadə edir. Atalar ucacan deyib - "Bir işi başladınsa, axıra qədər get" mənasındadır.

"Yol böyüyün, su kiçiyin"

"Oğuznamələr"də bu misal "Yol uluqun, suç kiçiqin" şəklində işlənib. Qədim türk dilində yol - ədəb-ərkan, yol göstərmək, hörmət; ulu/uluq - böyük; suç isə günah mənasını verir. Yəni kiçik günah iş tutsa da, böyük bağışlamalı, yol göstərməlidir. Qısası, böyüklər kiçiklərə fikir vermədən rahatlıqla suyu içə bilər :)

"İlanın zəhləsi yarpızdan gedər, o da gəlib yuvasının ağzında bitər"

Mahmud Kaşğarinin "Divani-lügatit-türk" əsərində verilən izahdan məlum olur ki, yarbuz bildiyimiz yarpız deyil, manqustadır. Manqusta isə ilanyeyən heyvandır. Yəni, ilanın yarpız bitkisi ilə, heç bir şəxsi-qərəzi yoxdur.

"Dost başa baxar, düşmən ayağa"

Burada baş və ayaq sözləri məcazi mənalarda işlənib. Məlumdur ki, gözlər qəlbin aynası hesab edilir. Misalda baş-yuxarı, ayaq-aşağı mənasını ifadə edir. Yəni, burada ürəyində düşmənçilik olan şəxsin, öz nəzərlərini qarşısındakından gizləmək üçün aşağı baxması ifadə olunub.

Atalar sözlərində bir-birinə zidd olan fikirlər də az deyil. Məsələn: 

Atalar sözlərinin tarixini, mənbəyini, ilkin mənasını bilməklə onların mahiyyətini dərk etmək olar.

Sizə bir tarixi fakt deyim: Qədimdə əkinçilər öz tarlalarında kiçik bir dairə cızır və həmin dairədə uzun müddət heç bir şey əkmirdilər ki, orada dayanıb taxılı biçmək mümkün olsun. Vaxt keçdikcə həmin dairədə nəsə əkmək istəsələr də, bitmirdi, çünki həmin ərazidə torpağa uzun müddət ağırlıq düşdüyündən torpaq öz gücünü itirirdi. Bu cür torpaq "Bəlgə" adlanırdı. Bu xüsusda belə bir atalar sözü yaranmışdı: "Bəlgəni əkiblər, bitməyib", yəni qeyri-mümkün şeyi mümkün etmək olmaz. İndi çoxu bu misalı tamam başqa cür ifadə edir: "Bəlkəni əkiblər, bitməyib"

Yaxud, başqa bir misal: Hələ XVIII əsrdə Şah Qacarın hakimiyyəti dövründə, Şah öz elmi ilə öyünənlərə deyirdi: "Çox öyünməyin, hər oxuyan Molla Pənah olmaz". Bu isə ondan irəli gəlirdi ki, Şah Qacar Molla Pənah Vaqifin qoşma ve gəraylılarını öz ordusuna bərabər tuturdu.

Balıqları çox sevən biri hər gün üç dəfə dənizin kənarına gələr, balıqlara çörək atarmış. Bu günlər illərlə davam edir.

Bir gün padşahın adamları şəhərə car çəkirlər ki, dəryaya çörək atan adam kimdirsə, saraya gəlsin.

Padşah həmin şəxsi qəbul edib deyir:

-- Səyahətlərimin birində gəmi fəlakətə uğradı. İnsan yaşamayan bir cəzirəyə düşdüm. Sənin atdığın çörəklər həmin cəzirəyə gəlib mənə çatmasa idi, acından ölərdim.

Padşah bunları deyib, həmin adamı dünya malından qane etdi. (Yaxşılıq elə, at dəryaya, balıq bilməsə, xaliq biləcək)

Eşşək nə bilir zər palan nədir.. (Çoxu zəfəran bilir)

Yaxşı olardı ki, atalar sözlərinin çağdaş versiyasını da yaradaq. Məsələn: 

"Qozbeli aerobika düzəldər", "Qadın yıxan evi, heç bələdiyyə də yıxmaz", “Ata çatanacan, eşşəyə min” atalar sözünün yeni versiyası “Mersedes”ə çatanacan, “Zapı”ya min" şəklində işlədilsə dünya dağılmaz ki?! “Oxunu atıb, yayını gizlədir” atalar sözü “Gülləsini atıb, avtomatını gizlədir” şəklində niyə olmasın ki?

Müəllif: Aytən Cavadova

Author: Bildirchin Blog