Musiqi həqiqətənmi ruhun qidasıdır?

Bloq By Bildirchin Posts ·

Yəqin ki, daha əvvəl klassik musiqinin faydalı olduğunu eşitmisiniz. Bəs həqiqətənmi klassik musiqi dinləmək faydalıdır? Faydalıdırsa, nə kimi faydaları var? Günümüzdə digər musiqi növləri ilə yanaşı, klassik musiqi dinləmək bir az geridə qalır, amma faydalarını bildikdən sonra siz də musiqi siyahınızda bir neçə klassik musiqi yerləşdirmək istəyəcəksiniz!

1. Qan təzyiqini aşağı salır Oxford Universitetində aparılan bir araşdırmada iştirakçılara müxtəlif növdə musiqilər dinlədilib. Digər növdə olan musiqilər qan təzyiqini artırdığı halda, klassik musiqinin qan təzyiqini aşağı saldığı aşkarlanıb. Əgər ürək sağlamlığınıza dəyər verirsinizsə, onu klassik musiqidən məhrum etməyin.

2. Stressi azaldır və depressiya ilə mübarizə aparmağa kömək edir. Axşam evə gəldiyinizdə özünüzü stresli hiss edirsiniz? O zaman xoşladığınız klassik musiqi əsərini açın və dinləyin. Hətta aparılan bir araşdırmada hamilə qadınların klassik musiqi dinləməsi, onların bu dövrü daha az stresli keçirməsinə səbəb olur. Bunun səbəbi klassik musiqi tempinin ürək ritmlərimizlə eyni tempdə olmasıdır.

3. Yaddaşı gücləndirir Yaddaşı gücləndirməyin bir çox yolundan biri də Mozart dinləməkdir. Yenə aparılan bir təcrübədə, Mozart dinləyən insanların beyin dalğalarında artım olduğu müşahidə olunmuşdur. Əgər dünən nə yediyinizi unutmaq istəmirsinizsə, Mozart dinləmək heç də pis fikir deyil.

4. Yuxu problemlərini azaltmağa kömək edir. Yuxu problemləri, insomnia dövrümüzün ən yayılmış sağlamlıq problemlərindən biridir. Siz də “Bir neçə bölüm də serial izləyim, yuxum gələr” deyənlərdənsinizsə, daha effektiv üsul var. Klassik musiqi dinləyərək yatmaq. Yatmazdan əvvəl 45 dəqiqə klassik musiqi dinləmək yuxu keyfiyyətinizi artıracaq.

5. Məhsuldarlığı artırır Hamımızın məhsuldar işləməyə çalışarkən çətinlik çəkdiyi dönəmlər olur. Xüsusilə həftə başlarında bu problemlə daha sıx qarşılaşırıq. Klassik musiqi dinləmək isə bu problemin öhdəsindən gəlməyə kömək edəcək.

Dinləmək istəyənlər üçün bir neçə klassik musiqi nümunələri:

Johann Sebastian Bach – Air on the G StringLudwig van Beethoven – Sonata No. 14 “Moonlight” – First movementFrederic Chopin – Berceuse in D flat opus 57Claude Debussy – Claire de LuneGustav Mahler – Symphony No. 5 – Adagietto Wolfgang Amadeus Mozart – Piano Concerto in C major K 467 – Second movementBela Bartok – Piano Concerto No. 3 – Second movement

Author: Lala Aliyeva