Motivasiyanızı yüksəltmək üçün 11 film məsləhəti

Bloq By Bildirchin Posts ·

Bir filmdə keçən sadəcə bir cümlə və ya filmdəki bir xarakter həyatımıza olan baxış bucağımızı dəyişdirə bilir. Sadəcə bir film bütün ümidlərimizi yenidən canlandıra və kəşf etməyimizə kömək edir. Bunun səbəbi filmin vermək istədiyi dərsdir. Sizə belə duyğular yaşadacaq 11 film...

1. Rocky Motivasiya deyildiyi zaman ağla ilk gələn film xarakteri Rocky-dir. Film, yoxsul və kimsəsiz bir boksçu olan Rocky Balboa-nın əzmi və uğurundan bəhs edir.

2. Coach Carter Ken Carter-ın tələbələrinə məşqçilik etdiyi və onlarla arasında olan münasibətdən bəhs edən filmdir. Bütün ailə ilə rahatlıqla və maraqla izləyə biləcəyiniz filmdir.

3. Dead Poets Society Bu film, həyata aid gözəl dərslər çıxara biləcəyimiz, eyni zamanda da dərin duyğular hiss etdirən filmdir. Bir müəllimin yüksək disiplinli məktəbi dəyişdirməsindən bəhs edir.

4. The Theory of Everything Məşhur fizikçi və alim Stephen Hawking-in həyatından bəhs edir. Xəyallarının arxasınca gedən və nə olursa-olsun yarıda buraxmayan əzmi göstərir.

5. Spirited Away Miyazakinin ən məşhur animasiyalarından biridir. Spirited Away xəyal gücünüzü və hadisələrə baxış bucağınızı dəyişdirəcək. Miyazakinin filmləri ilə hələ də tanış olmayanlar üçün də yaxşı başlanğıcdır.

6. Million Dollar Baby Bir klassika! 2005-ci ildə yayımlandıqdan sonra bir müddət dillərdən düşməyən film. Maggie Fitzgerald adlı boksçu Frankie Dunn adlı məşqçi ilə görüşməsindən bəhs edir. Film uğuru izah edərkən, bizləri də ekrana bağlamağı bacarır.

7. Whiplash Filmdə orkestra şefi ilə bateristin aqressiv, amma güclü bağından bəhs edilir. Whiplash filmi musiqi ilə əlaqəniz olsa da, olmasa da həyata aid duyğularınızı yenidən canlandıracaq.

8. Nightcrawler Yaxşı və pisi dərin detallara qədər soğrulayacağınız filmdir. İzlədikdən sonra içinizdə şirin bir baş qaldırma hissi oyanacaq.

9. Shawshank Redemption Dünyanın ən yaxşı filmi sayılan və heç vaxt köhnlənəyən klassikadır! Andy, arvadını və arvadının sevgilisini öldürmək iddiası ilə tutulur. Shawshank həbsxanasına göndərilir, ən dibdəykən necə yuxarı çıxmağı göstərən bir filmdir.

10. Spare Parts Yaşanmış hadisədən ilhanlanaraq çəkilmişdir. Bu film, 4 tələbənin qatıldıqları robot yarışındakı uğurlarından bəhs edir. Təhsilin necə olması ilə fərqli baxış təqdim edən duyğusal filmdir.

11. Chefs Table Bu dəfəki məsləhətimiz film deyil, 4 sezondan ibarət olan Netflix sənədli serialıdır. Dünyanın fərqli yerlərindən olan şeflərin uğur hekayələrini göstərir. Hər bir bölümündə fərqli hekayə var.

Author: Lala Aliyeva