İnternet dövrünün psevdo ekspertləri və psevdo iş adamları

Bloq By Bildirchin Posts ·

Giriş və qısa icmal

Yazının əsas məqsədi birdir, sosial şəbəkələrdə izlədiyiniz, öz işlərində uğurlu hesab etdiyiniz, ekspert donuna bürünmüş, əslində isə yalan satan şəxsləri tanımaqda və zərərçəkən olmamaqda yardımçı olmaq.

Dolayı məqsəd isə ümumən şübhəcil yanaşmanı, kritik düşünməni təbliğ etməkdir.

Əgər bir şəxs yalan məlumatlarla özünüreklam edirsə, nəticədə sizdə inam formalaşırsa, siz və yaxın ətrafınız hər zaman potensial zərərçəkmiş hesab edilirsiniz.

Məsələn bir anın içində yanlış qərar verib onlardan birinin təklif etdiyi xidmətə inanıb pul verə bilərsiniz .

Yaxud yaxın bir tanışınıza məsləhət görə bilərsiniz ki, “facebook-da görmüşəm, filankəs bu sahəni əla bilir, onunla işlə, ona müraciət et”, sonra yaxın tanışınız həmin adamdan maddi zərər görmüş olanda arada siz pis ola bilərsiniz və.s.

Lap elə birbaşa və dolayı maddi zərər görmə ehtimalınız yoxdur – yenə də, kim istəyər ki, hansısa yalançı biri tərəfindən avam yerinə qoyularaq aldadılsın, inandırılsın? Yəqin ki, heç kim.

Ona görə də nə qədər çox insan bu tip işgüzar yalançıları tanıya bilsə, o qədər çox xeyirdir, istər fərdi, istər ümumi planda.

Sosial şəbəkələr – yeni PR platforması

Yəqin ki, sırf sosial şəbəkələrdən tanıdığınız, izlədiyiniz, yazılarını bəyəndiyiniz xeyli şəxs var. Fikir vermisinizsə, əksəri fərdi profil və ya səhifələrindən sırf öz işlərini, xidmətlərini, bizneslərini təbliğ etmək üçün yararlanırlar. Burada anormal heç nə yoxdur, bu çox yerdə belədir.

Lakin problem ondadır ki, bu izlənən şəxslərin içində danışdığı və özünü peşəkarı kimi təqdim etdiyi sahədən heç bir ciddi məlumatı olmayanlar da var, özü də yetərincə çox sayda. Hər gün ənənəvi və sosia media vasitəsilə bol-bol informasiya alırıq, informasiya qidası qəbul edirik, bu qidalardan zərərli olanlardan necə imtina edə bilərik?  Bu haqda bir az danışacağıq.

Hərşeyşünas ekspertlər – pafos, retrospektiv gap, vədlər və.s.

Bir yazıda bütün personajları cəmləşdirə bilmərəm, ona görə qısa qısa nümunələr verib keçək növbəti yarımbaşlığa:

Siyahı uzandıqca uzanar, ümid edirəm bu qədəri kifayətdir ki, söhbətin hansı tip şəxslərdən getdiyinə dair təsəvvür formalaşsın.

Skeptiklik ən yaxşı müdafiə tədbiri kimi

Təməl süzgəc budur: Yaxından bələd olmadığımız sahə, şirkət, ekspert barədə paylaşılan informasiyaya İLK ÖNCƏ ŞÜBHƏ ETMƏLİ, sonra, ciddi məntiqi əsaslar olduğu halda inanmalı. Vəssalam, bu qədər sadə. Tək çıxış yolu da budur.

 Əksəriyyətin informasiyanı emal etməsi prosesi: 1. İnformasiya – İddia, uğur anonsu,  vəd, dəvət. 2. Proses: inandırıcı səslənirsə (səsləndirənin fotolardakı geyimi, yazı və ya danışıq tərzi, paylaşdığı linklər və.s.-ə əsaslanan təəssürat) dərhal inanmaq.

Bu qədər sadə proseslə emal bitdi. Bir müddət sonra, məsələn 2-3 ay sonra kimsə həmin iddia edən tərəf haqqında sual soruşsa, verilən cavab: “hə onlar güclü şirkətdir/ekspertdir, tanıyıram, məsləhətlidir”.

Haradan bilirsən?” soruşulsa, ciddi cavabı olmayacaq, çünki informasiyanı 2-3 ay əvvəl hissi qaydada, məntiq süzgəcindən keçirmədən qəbul edib.

Əslində edilməli olan:

1. İnformasiya – İddia, uğur anonsu,  vəd, dəvət.

2. Proses: İnandırıcı səslənirsə belə, dərhal şübhə etmək, inanmamaq. 2.1. Maraqlı mövzu deyiilsə elə burada da bitirmək. 2.2. Yox əgər şəxsən maraqlı (mənfəət, karyera və.s. baxımdan) mövzudan söhbət gedirsə, o halda şübhə etdikdən sonra araşdırmağa başlamaq – Vəd verən kimdir, İNDİYƏ QƏDƏR NƏ EDİB, bəhs etdiyi sahə haqqında real bilikləri olduğuna aid hansı sübutlar var. 2.3. Əgər bütün bu süzgəclərdən keçərsə, ondan sonra inanmaq.

İndi qayıdaq bundan əvvəlki yarımbaşlığa, oradakı ümumiləşmiş nümunələrə yuxarıda yazdığım tərzdə bir az skeptik yanaşaq:

Yekun

Ümid edirəm ki, mövzu barədə fikirlərimin əsas məğzini çatdıra bildim. Əgər fərd olaraq və toplum olaraq zərərvericilərdən daha az zərər görmək istəyiriksə, informasiya bolluğu erasında informasiya qəbulu prosesimizə bir daha nəzər salmalıyıq. Bir daha təkrar edirəm, “öncə şübhə etməli, araşdırmadan, ciddi məntiqi isbat olmadan inanmamalı”. ?

Düzdür, skeptiklik əlavə enerji tələb edir – amma, buna dəyər. Nəticədə siz və yaxınlarınız zərərvericilərdən arınmış olursunuz, fayda götürmüş olursunuz, həm də araşdırmalar sayəsində yeni-yeni biliklər əldə edirsiniz.

Yazını paylaşmaq və ya mesajımı sadə dildə tanışlarınıza anlatmaq ümidilə...

Author: Bildirchin Blog