Hansı xəstələrdən qan götürülmür ?

Bloq By Bildirchin Posts ·

Qan vermək insanda qan hüceyrələrinin təzələnməsinə, qandakı yağın miqdarının azalmasına, baş ağrıları, stress, yüksək qan-damar təzyiqi, yorğunluq kimi narahatlıqların azalmasına yaxşı təsir edir. Amma bu qayda hamıya aid deyil. Aşağıda göstərilən hallarda insan qan verə bilməz. 

Hepatit B - heç bir zaman qan verə bilməzlər.

Hepatit C - heç bir zaman qan verə bilməzlər.

AIDS - heç bir zaman qan verə bilməzlər.

Malyariya - müalicə olunandan 3 il sonra qan verə bilərlər.

Vərəm - müalicə olunandan 5 il sonra qan verə bilərlər.

Hamilələr qan verə bilməzlər. Doğum və ya hamiləliyin sona çatdırılmasından 6 həftə sonra qan verə bilərlər.

Qanama meyli olanlar ömür boyu qan verə bilməzlər.

Bronxit - xroniki xəstələr qan verə bilməz.

Epilepsiya xəstələri qan verə bilməzlər.

Böyük əməliyyatlardan sonra 6 ay boyunca qan hədiyyəsi edilməz.

Diabet qanda şəkərin miqdarı normal olan halda qan verə bilər.

Anemiya diaqnozu qoyulmuş insanlar donor ola bilməzlər.

Allergiya - asma xəstələri qan verə bilməzlər. Allergiyası olanlar isə sadəcə allergiyalı olduqları zamanda qan verə bilməzlər.

Cərrahi əməliyyat olunmuş insanlar 6 aydan sonra qan verə bilərlər.

Author: Bildirchin Times