Əjdaha kimi iştaha!

Bloq By Bildirchin Posts ·

Payız və Yaz gələndə iştah da gəlir. Bəs bu iştahı necə kəsək? Bir neçə üsulu var. Buyurun oxuyun 🙂

Bəs nə yeyim?

Pəhrizdəsizsə, sağlam qidalanmağa başlamaq daha yaxşı seçim olar deyə düşünürəm. Əlbəttə ki, hərdən ürəyimizdən sağlam olmayan şeylər də keçəcək, ancaq yaxşı olar ki, özümüzə diqqət ayıraq, önəmli olan davamlı olaraq etməkdir. Məsələn, mən 1 ildən çoxdur ki, fast food restoranlarında yemək yemirəm və heç istəmirəm də. İndi isə dieta və ya sağlam qidalanmada nələri istifadə etmək daha xeyirlidir, onları sizinlə paylaşıram:

Çörək və şəkər eyni qida ailəsinə daxildirlər. Onlar rafinadlaşdırılmış karbohidratlara aiddir, hansi ki, bədəndə piy qatı yaratmaq üçün yığılır. Bundan da əlavə şəkər və undan istifadə insulin səviyyəsini artırır, bu isə hormon balansının pozulmasına gətirib çıxarır.

Hələ bunlar bir tərəfə - sizə qısa və konkret deyim: Şəkər səni gombul edir. Şəkər qarın piyləri yaradır. Yağ, süd və bu kimi başqa yağlı məhsullar belə şəkər qədər zərərli və kökəldən deyil!

Nə edək? Necə tərgidək?

21 gün qanunu deyə bir şey var. Yəqin çoxunuz eşitmisiz. 21 gün bir şeyi istifadə etmirsənsə daha sonra bunları bədənin belə istəmir və bu 21 gündə bütün orqanizmdə dəyişikliklər baş verir.

Bəs bu dəyişikliklər nədir?

İlk 7 gündə - İlk öncə bədəndə hər şey artıq rəf kimi düzülməyə başlayacaq. Elə bil otağı yığışdırmağa başlamısan və artıq dərin təmizliyin bir hissəsini bitirmisən. Daha sonra dadlar sənin üçün dəyişməyə başlayacaq. Əvvəl çox dadlı saydığınız şeylər artıq sizə elə də cəzb edici gəlməyəcək. Şişkinliyiniz gedəcək və həzm sisteminiz daha yaxşı olacaq. Bundan da əlavə par par parlayan dəri də gözlərinizi oxşayacaq.

14 gün sonra - Bədəniniz artıq zirzibil yemək istəməyəcək, heç ürəyinizdən də keçməyəcək. Yeni qəbul etməyə başladığınız yeməklər artıq sizin ən sevimlinizə çevriləcək və daha sağlam atışdırmalıqlar seçəcəksiz. Artıq əsəb sisteminiz də normallaşacaq və daha sakit sülh içində hiss edəcəksiz.

21 günün sonunda - Bədənin təzə pəhrizinə çox alışmış olacaq. Artıq bədəniniz daha sağlamdır. Öncədən yediyiniz o lazımsız yeməklər bədəndən təmizlənib və siz daha gümrah hiss edəcəksiz. İncə bel və daha təmiz bədən söz verilən nəticədir! Uzun sözün qısası, çox gözəl hiss etməklə yanaşı həm də daxildən daha möhtəşəm hisslər keçirəcəksiz.

21 gün nədir ki? Bu çox qısa vaxt bizə böyük şeylər vədd edir. Bu səbəbdən də elə bugündən buna əməl etməyə çalışın. Əmin olun, siz ən dəyərlisiz və sağlam olmaq sizin ən təbii haqqınızdır.

Author: Gunel Yashar